Kitabsızlıq? Kiminə görə bu "dinsizlik", kiminə görə "imansızlıq", kiminə görə "vicdansızlıq", kiminə görə "insafsızlıq", kiminə görə də elə "kitabxanasızlıq", "az oxuma" problemi mənasına gəlir. Sözün düzü, elə bütün mənaları verir demək olar ki... Elə bu qədər mənaları öz batinində gizlədiyi üçün bu mövzudan başlayım dedim.
Başlayaq elə bu mənaların ən sadələrindən biri kimi görünüb, əslində isə ən mürəkkəbi və bütün problemlərin bəlkə də səbəbi olan mənadan: kitabxanasızlıqdan və oxumayan cəmiyyət problemindən. Kitabxanalarımız yoxur. Bəlkə də bir iki dənə var, amma onlar da boşdur yaxud kitablar da var, kitablar boşdur. Bizim ticarət "adamları" bu sahəyə niyə sərmayə qoymur görəsən? Əslində cavab çox sadədir: kitab oxuyan yoxdur, tələb yoxdur, deməli qazanc yoxdur... Tacirin nə işi var gəlir olmayan sahədə?! Deməli bu problemin kökünü insanlarımızda, kitabın var olma səbəbi olan insanda axtarmaq lazım. Niyə insanımız oxumur? Maraqlı kitab yoxdur, maraqlı mövzu yoxdur, maraqlı yazıçı yoxdur, yoxsa elə marağın özü yoxdur? Məncə hamısının az da olsa payı var. Amma ən əsası elə marağın özünün olmamasıdır. Yaponiyada metroya girsək əlində jurnal, kitab, qəzet tutan insanları sayıb qurtarmaq mümkün olmaz deyə düşünürəm. Bu gün Yaponiyanın olduğu vəziyyət, texnologiya, elm və bir sıra buna bənzər faktorlardan ibarət siyahı, oxumağın və oxutmağın nə qədər önəmli olduğunu göstərir. Oxuyan qövmlər, tayfalar, ailələr, cəmiyyətlər, millət, xalq həmişə başqalarına oxudub və yön verib. İndi isə biz oxumadığımıza görə başqalarından yön alırıq. O yön də nə qədər yaxşı yerə gedib çıxır bilmək olmaz... Yaxşı yönə getməyin sirlərini bizə öyrədən Böyük Müəllimimiz (sav)dən qəbrə qədər oxumağı" tövsiyyə edib. Odur ki, həm Onu (sav) oxuyaq, həm Onun (sav) tövsiyyə etdiklərini, həm də əlimizdən gəldiyincə çox oxuyaq... Çünki bu dövrdə oxumaqdan başqa çarəmiz yoxdur. Ya oxuyacağıq, ya da oxuyacağıq...
O bir problemlərə keçmək lazımdı deyəsən indi. Sözün düzü, heç həmin problemlərdən danışmağa ehtiyac qalmadı. Kitab oxunmadığı və oxudulmadığı yerdə nə dindən, nə imandan, nə ədəb-ərkandan, nə gözəl əxlaqdan, nə haqq-ədalətdən danışmaq olmaz. Odur ki, problemin əsası və özü elə marağın özüdür. Kitab oxumağa və oxutmağa marağımız olduğu zaman özümüzə gəlirik deməli.
Özümüzü bir hesaba çəkək: son bir həftədə neçə səhifə oxumuşuq, neçə səhifə oxutmuşuq?
Sözün düzü mən də son vaxtlar çox kitab oxumuram, şükür ki, oxumağı tərk etməmişəm, oxuyuram, ama az. Ürəyimin istədiyi qədər yox. Oxuma həvəsim nə işdirsə ölmür. Vaxt tapsam, daha doğrusu vaxtımı düzgün istifadə edə bilsəm, Marketingə aid bəzi kitabları təkrar gözdən keçirərəm, Finans oxuyaram, dini kitablar çoxdandır oxumuram oxuyaram, romanlar oxuyaram. Ən əsas bunlar...
Blog əla fikirlə açılıb, çox xoşuma gəldi. Sən onsuz da bizim "Molla Əmi"mizsən, sözün də düzünü deyənsən..De gəlsin...
Təbriklər və uğurlar...
Oxuduğunuz üçün və oxumağa ən əsası marağınız olduğu üçün sizi təbrik edirəm. İlk şərh yazdığınız üçün də ayrıca təşəkkür edirəm. Sözün düzü mən özüm də son zamanlar oxumağı yaman azaltmışam. Əvvəllər heç olmasa gündə 20-30 səhifə oxumadan yatmazdıq, amma indi oxumaq ancaq yuxuda yada düşür.
Hər birimizin oxuma mədəniyyətinə yiyələnməsi şərtdi məncə.. Yoxsa inkişafdan, yüksək mədəniyyətdən, yüksək iqtisadiyyatdan söz gedə bilməz.
Fikri və bloqu bəyəndiyiniz üçün təşəkkürlər....
mene blogunuzda yazar olaraq yer ayirmadiginiz icin teesuf ve baykot ederim.....................
abi mən sizi dəvət emişəm axı. siz qəbul etməmisiniz. gmail-e də göndərdim artıq. bu dəfə də qəbul edin artıq abi :)