Basa Bas...

Posted by Fuad Gamberov 7.23.2008

Səhər işə gəlirəm. Metro da ağzına kimi dolu. Desəm bəlkə yalan olar?! Çünki, dolu ola-ola, Gəncliyə çatana kimi hələ camaat minirdi. Sözün Düzü Qəribədi...

Qatar Neftçilərdən yola düşür...Millət az qala, biri-birinin ağzı içindədi. Heç kəs də bundan `diskomfort` yaşamır. Yaşayırsa da, heç bəlli etmir. Axi millət niyə belədi?!

Basa bas olmağı təbii olaraq, özüylə istini də gətirir. İnsanlar tər içində olur. Burada artıq xoşa gəlməz hallar baş verməyə başlayır. Bugün önümdə bir xanım dayanmışdı. Qatar getdikcə, təbii olaraq ona da isti idi. İstər istəməz tərləməyə başladı. Anladığım qədərilə yaylıq vəya başqa vasitəsi yox idi. Üzünü əliylə silirdi tez-tez. Mən şəxsən pis oldum onun əvəzinə. "Öz dəsmalımı mi verim, özüm onda nəylə qalım`diyə düşündüm. Bu hallar əminəm çox insanda olur.

Axi, metroda havalandırma sistemi var, bundan əlavə vaqonlarının özlərinin də sərinkeş prinsipli çalışan aparatları var. Onları niyə işə salmırlar?!

Sözün Düzü, insanımızı anlaya bilmirəm...

Baş aça bilmirəm ki, insanlar niye bele yolsuzluqlara göz yumurlar. Sözün Düzü, mən problemi insanımızda görürəm. Söz var, deyir "Necəsizsə, elə də idarə olunursunuz."

Vallah, ne deyim. İçimdən keçənləri bölüşdüm. Bu səslənişimdən kimsə, bundan sonra belə halların olmaması üçün nəsə edəcəksə, nə əla...

Allah Razi Olsun...

6 comments

  1. Fuad bəy, yazdığın bu yazı çox gözəl, maraqlı, faydalı və deyərdim ki, aktual bir mövzudur. Hərçənd ki, sənin dediyin kimi problem insanımızdan da qaynaqlana bilər. Amma bu adam işə gecikir, nə etməlidi.
    İstanbulda, İzmirdə metro, marşrut və s. vasitələr dəqiq vaxtla işləyir. Məsələn dəqiq 5 dəqiqə oldumu qatar gəlir. Bilirsən ki, bu qədər vaxtdan sonra qatar 100% olacaq ona görə hərəkət edirsən. amma bizdə qatar gah 5 dəqiqəyə, gah 15 dəqiqəyə, gah da 1 dəqiqəyə gəlir. şans lotereyasına oxşayır lap. elə marşrutlar da bu gündə. marşrutlar hətta bəzən gəlmir. Sözün düzü, buna görə az sıxıntı yaşamamışam. Ona görə duyğuların mənə tanışdır.

     
  2. SaideNur Says:
  3. mene blogunuzda yazar olaraq yer ayirmadiginiz icin teesuf ve baykot ederim.....................

     
  4. men shexsen sizin yahoo maile devet gondermisem Mezahir bey. amma siz qebul etmediniz. yahoo mail kontrol edin lutfen Mezahir bey. ad gununuz de mubarek olsun!!! :)))

     
  5. Məzahir abini hirsləndirdik! Mən də bilirəm ki, Əfsun sizə link göndərib və yazarlıq təklif edib ay Məzahir abi.

     
  6. SaideNur Says:
  7. mezahir.abdullayev@gmail.com a link gonderrin zehmet olmazsa
    Bu arada kandilinizi tebrik ederim. dualarinizi eksik etmeyin

     
  8. bash uste Mezahir abi. gonderdim. Kandil bugundu yoxsa sabahdi? men bilen ikinci gunden ucuncu gune kecerkendi axi Merac kandili. lutfen deqiqlesdirek :)

     

İzləyənlər

Video Post