İsrail yenə Fələstinlilərin "evini başına uçurmağa" davam edir. Bu dəfəki hücumdan xəbərlərə qulaq asanda müsəlmanlığımdan utandım.http://galeri.internethaber.com/gallery.php?id=2709Bu dünyaya nə qədər bağlanmışıq? Gözümüz necə cılız şeylərlə yumulub qalıb? 2 aydır un, şəkər, düyü, dərman görməyən fələstinlilərdən xəbərimiz də yoxdu. Sonra da şikayətlənməyə üzümüz var...
IMF Başçısı Dominique Strauss-Kahn, iqtisadi krizisin mərkəzi olan ölkələrdə, məşhur daxili üsyanların yaşana biləcəyi xəbərdarlığı etdi. Kahna görə, "Əgər inkişaf etmiş ölkələr, krizisdən xilas olmaq üçün tətbiq etdikləri üsullarda geniş kütlələrin ortaq mənfəətlərini deyil də, elitaların mənfəətlərini əsas götürsələr" bu pis gələcəklə üzləşəcəklər. Bu xəbərdarlıqlar çox əhəmiyyətli. Amerika və Avropa kimi mərkəz iqtisadiyyatları vuran krizisin algılanış forması təəssüf ki, son dərəcə xəstəlikli. Buraxın iqtisadi krizis deməyi,...
Yaxınlarda bir nəfərdən soruşdum ki, bəs həyatda prioritetləri nədir. Saydı! Elə mən də saydım. Sonra bir şey diqqətimi çəkdi. Bu priotitetlər “sevgili”lərə bağlıdır. Hansı sevgililər?Sizcə həyatda insan üçün sevgili adlandırılabiləcək nələr var? Düşünüb bitirmədən bir alt sətirə keçməyin...Məncə bunlar Allah (tanrı), Pul və Yoldaşdır. Sonuncusu əksərən sevgili deyiləndə ağla gələn mövhumdur – can yoldaşı. Froydu dindirsən “libido”nu da bura əlavə edər. Amma bu yazıda o qalacaq arxa planda. İndi həyatdakı prioritetlərinizi sıralayanda...
Bu aşağıdakı yazını Qardaşım Rüstəm müəllimə və müstəqbəl xanımı Aygün xanıma müqəddəs bir yola başlanğıc etmələri münasibətilə ethaf edirəm.Amma aşağıdakı tövsiyyələrdən istifadə etməmələrini xahiş edirəm.Rəbbim onları məsud və bəxtiyar etsin."Ah" desə nə olduğunu soruşun, israr edin. Cavab verməzsə küsün. Kiçik səhvlərini böyüdün, 3 gün qədər mövzu, yalnız o səhv olsun, onu yoldaşlarınıza şikayət edin. Sonra da hıçqıra hıçqıra ağlayın. Hər mübahisədə 10 il ya da gedə bildiyiniz qədər geriyə gedib, köhnə səhvlərini yeni başdan...
Bu yazını qələmə alma fikri 2-3 gündür beynimdə dolaşır. Çıxış nöqtəsi isə Rəşad Sadıxovun bir saytdakı müsahibəsi oldu. Tanımayanlar üçün deyim ki, Rəşad Azərbaycan millisinin ən istedadlı futboçularındandır, çox gənc yaşda kapitan olacaq qədər liderlik bacarığı var və ən önəmli markası dini həyatıdır.Müsahibənin bir yerində Rəşad özünün "din adamı" olmasının çox müxtəlif spekulyasiyalara səbə olduğunu deyir. İlk baxışda cümlədə qeyri adi heç nə olmasa da... Dərindən düşünəndə əslində milli mentalitetimizdəki bir qeyri-sağlam...
Evvela onu deyim ki, hazırda oturduğum kompyuterde Azerbaycan şriftleri olmadığına göre bezi Azerbaycan herflerini istifade ede bilmirem. Daha deqiqi "Azerbaycan" sözündeki üçüncü herfi sehv yazıram. Evde gedib yaza bilerdim, amma üreyim indi istedi. Selim Tuncerin bloguna qoyduğu yazı dünen çox xoşuma gelmişdi. Üreyimden keçeni ela bir şekilde ifade etmişdi. Amerikan prezident seçimlerinin neticeleri çoxumuz üçün maraqlı idi. Siyasetden başı çıxan, çıxmayan hamı maraqlanırdı. Çoxumuz da sırf Ermeniperest olmadığı üçün McCain-i...

İzləyənlər

Video Post