Üç sevgili... Bəlkə 4 vəya 5?

Posted by Vüsal Qəmbərov 12.16.2008

Yaxınlarda bir nəfərdən soruşdum ki, bəs həyatda prioritetləri nədir. Saydı! Elə mən də saydım. Sonra bir şey diqqətimi çəkdi. Bu priotitetlər “sevgili”lərə bağlıdır. Hansı sevgililər?

Sizcə həyatda insan üçün sevgili adlandırılabiləcək nələr var?

Düşünüb bitirmədən bir alt sətirə keçməyin...

Məncə bunlar Allah (tanrı), Pul və Yoldaşdır. Sonuncusu əksərən sevgili deyiləndə ağla gələn mövhumdur – can yoldaşı. Froydu dindirsən “libido”nu da bura əlavə edər. Amma bu yazıda o qalacaq arxa planda.

İndi həyatdakı prioritetlərinizi sıralayanda görün ardıcılıllığı bu sevgililərə qarşı münasibətiniz müəyyən edir ya yox?

Bir şeyi qeyd eliyim ki bu “3 sevgili” mənim şəxsi düşüncəmdir. Buraya elə bayaq da dediyim “libido” və məncə ondan daha üstün olan “eqo”nu aid etmək olar. Məsələn karyeranı həyatının prioriteti elan edənlər çoxdur. Bu əsasən elə “eqo” ilə bağlıdır. Təbii ki, burada pulun da təsiri böyükdür. Amma karyera əsasən “güc” və “şöhrət” fenomenlərinə bağlı olduğu üçün yenə gəlib “eqo”ya çıxır.

O suala cavabımda əsl sevgilinin Allah olduğu nəticəsinə gələn bir şey dedim. Amma cavabımdakı səmimiyətimə özüm də şübhə ilə yanaşdım.

Ortastatistik azərbaycanlı üçün isə unikal bir sevgili mövcuddur. Bu həyat prioritetinə sahib nadir xalqlardanıq – ÖVLAD!

Bir sozlə mən deyim 3, siz deyin 4 vəya 5. Amma insanların həyata baxışını və prioritetlərini “sevgililəri” müəyyən edir. Ona görəndə sevgilini düzgün seçmək lazımdır. Məndə deyəsən o mənada vəziyət yaxşıdır, şükr;)

2 comments

  1. Allah axıra kimi yaxşı eləsin qardaş...Səhər tezdən oxumaq üçün əla yazıdır...

     
  2. Vüsal qardaş, yazın çox gözəl və tam mənəviyyata, əsas dəyərlərə, mayamıza xitab edən bir yazıdır.
    Böyük bir alimin dediyi kimi: "Allah insanın qəlbinə bütün kainatı istila edə biləcək bir məhəbbət (sevgi) toxumunu dərc edib". İnsanın qəlbində bir duyğu var, sevgi... 18000 aləmdən sadəcə biri olan bu aləm, bütün aləmlərin mərkəzində təmərküz edib. Hətta bütün duyğular çıxıb. Kainatın yaradılışın səbəbi də HƏBİB (sav) və MƏHƏBBƏT deyilmi? "Eləki, insan kiçik bir çiçəyi bəyəndiyi kimi, güllərlə dolu bağçanı da xoşlayır. Bağçaya heyran olduğu kimi böyük bir baharı da sevir. Baharı sevdiyi kimi sonuz Cənnəti də arzu edir". bu duyğu da limit yoxdur... o qədər sabit və geniş bir duyğudur ki, zərrədən səyyarəyə hər şeyi içərisinə ala bilər.
    burda anamızı da sevirik, atamızı da, qardaş bacı, pul, işimiz, övladımız, xanımımız, təbiət, günəş, yağış, qar... hər şeyi bir ayrı sevirik... və yaradılanı sevirik YARADANDAN (cc) ötəri.
    Bax burda dayanıram... əsas demək istədiyimə gəldim. sevgilər çox olar.. amma əsas vəzifəmiz olan şükrü o zaman reallaşdırmış olarıq ki, sevgimizi bu duyğunu bizə VERƏNİN (cc) yolunda istifadə edək. Onun (cc) üçün sevək, Onun (cc) üçün paylaşaq, Onun (cc) üçün alaq, Onun (cc) üçün verək... bax bu zaman SEVGİ 1 də olar, 3 də olar, 18000-in hər birində də olar və hamısı da bizim xeyrimizə :)

     

İzləyənlər

Video Post