Firqələşmə təmayülü

Posted by Vüsal Qəmbərov 11.24.2008

Bu yazını qələmə alma fikri 2-3 gündür beynimdə dolaşır. Çıxış nöqtəsi isə Rəşad Sadıxovun bir saytdakı müsahibəsi oldu. Tanımayanlar üçün deyim ki, Rəşad Azərbaycan millisinin ən istedadlı futboçularındandır, çox gənc yaşda kapitan olacaq qədər liderlik bacarığı var və ən önəmli markası dini həyatıdır.

Müsahibənin bir yerində Rəşad özünün "din adamı" olmasının çox müxtəlif spekulyasiyalara səbə olduğunu deyir. İlk baxışda cümlədə qeyri adi heç nə olmasa da... Dərindən düşünəndə əslində milli mentalitetimizdəki bir qeyri-sağlam nöqtə nəzərə çarpır. Dini incancını yaşamaq istəyənlər niyə bizdə "dindar", "din adamı" ifadələrlə açıqlanır? Eləcə də gündəlik idman təmrinlərini yerinə yetirənlər "idmançı"...

Çünkü, bizim cəmiyətdə fərqli olmaq anlayışı çox daha dardır. Cəmiyətimiz hamını eynitipli olmasını gözləyir. Təbii ki, bunda sovet anlayışının böyük təsiri var. Birinə iş gördürmək yazısında qeyd elədiyim o militarist rejim sovetin qanında var idi. Bu isə ölkənin hər yerinə sirayət edirdi. Dolayısıyla saçdan tutmuş, geyiməcən hamının müəyyən standartlar daxilində olması uyğun görülürdü. Biz də təbii bir hal olaraq o təsiri üzərimizdən atmağa çətinlik çəkirik. Amma təkcə bu mu səbəb? Deyil!

Milli mentalitet deyib baştacı elədiyimiz mövhüm çox böyük təsirə malikdir. Biz firqələşəməyi çox sevirik. İstər "Anamın kitabı"nı xatırlayın, istər yerlipərəstliyin yayılmışlığını düşünün, istərsə də nəsil-kökün bu qədər əhəmiyətli sayılmasının təməlinə enin. Hamısı eyni yerə gedib çıxacaq. Bəs bunun səbəbi nədir? Antropoloq və sosioloqlar bilər.

Girişlə paralel aparası olsaq cəmiyətin fikrincə ortalam bir insan dinə çox yaxın olmayan, idmanı tətbiq yox şou kimi sevən birisidir. Ona görə də sağlam düşüncəli və sağlam bədənli olmaq istəsən ayrı bir firqəyə daxil olursan.

Bayaq bir nəfərlə elə bu məsələyə dəxli olan bir şeydən danışırdıq: insanların kompleksliliyinə görə firqələşməsi. Əslində bu fərqli bir yazı da ola bilər. Ona görə dərinə girməyəcəm. Amma bir onu bilirəm ki, cəmiyətimizə firqələşmə təmayülü nüfuz edib. Firqələrə ayrılamaq üçün faktor tapmağa çətinlik çəkmirik.

Əslində marketoblogdakı yazı ilə də paralel oldu biraz. Çünkü belə görürəm şirkətlərin əziyət çəkməsinə ehtiyac qalmır. Xalqımız özü-özünü seqmentasiya edir...

6 comments

  1. Vüsal, yazınız çox maraqlı və yerindədi. Günümüzün çox böyük problemlərindən birinə toxunmusuz. İstər dini mövzularda, istər milli məsələlərdə bir ortaq fikrə gələ bilmirik. Burada məsələ kiminsə başqasının fikrini qəbul edib, öz fikrindən əl çəkməsi deyil. Məsələ FƏRQ AXTARMA, FİRQƏLƏŞMƏDİR. Əslində hər kəs, fərq axtarmaq yerinə, ortaq cəhətləri axtarsa bütün problemlər həll olacaq. O qədər çox ortaq cəhətlər yanında fərqlər çox azdır, nəzərə çarpmayacaq qədər az

     
  2. Anonymous Says:
  3. Maraqlı yazıdır, Vüsal çox sağ ol! Həqiqətən də sən deyən kimidir, mən də müşahidə etmişəm. "Mən də din adamıyam" deyənlər bu ifadəni elə bir intonasiya və elə üzlə deyirlər ki, elə bil bunlar hansısa elitar klubun üzvləridir)))) Əslində isə Allaha ibadət etmək hər birimizin borcudur və bu göstəriş üçün yox özümüz üçün, ürəkdən olmalıdır.

     
  4. Siz lap xajalat elədiz e məni:)

    Allah razı olsun dostlar!

    İndicə Rüstəmlə söhbət eliyirdik. Mövzu hərləndi fırlandı gəldi çıxdı milli mentalitetimizə. Nəhayət də ki, FİRQƏLƏŞMƏ xəstəliyinə.

    Bundan xalqın rifahı üçün istifadə heç mi mümkün deyil? Azərbaycanlılığı bir firqə olaraq qəbul etmək və etdirmək olsa bəlkə...

    Ramin, Hacı olmaq ticarətdə çox gəlirli bir yatırımdır e. Bilirsən? :)

     
  5. Vüsal, maraqlıdı: görəsən bu firqələşmə meylini necə yaxşı yöndə istifadə etmək olar? məsələ daxili məsələdi... başqalarına qarşı firqələşmədən getmir söhbət :) sadəcə maraqlıdı...

     
  6. Millətimizin mentalitetini nəzərə alsaq çətindir sən deyən ay Əfsun. Düşünürəm ki, oxumuş uşaqlar içərisindən belə firqələşmə olur - Amerikada oxumuşlar, Rusyada oxumuşlar vs.

    Onu da ki, heç də müsbət yöndə istifadə elədiyimizi deyəmmərəm.
    Ümid qalır marketinqə :)

    İnsanalar üçün ideal olan, hamını can atdığı və çox faydalı bir firqə formalaşdırmaq lazımdır. Amma bunun da bir müddət sonra paxıllıq və quyusunu qazma kimi xislətlərə ilişib qalacağından qorxuram.

    Düşünmək lazımdır. Amma bizdə qaydadır. Bir firqə digərini özündən aşağı basmaq üçün əlindən gələni edir. Heyf ki, digərindən üstün olmaq üçün yox... Çünkü yüksəlmək çətindir...

     
  7. Çox doğru deyirsən Vüsal qardaş. Tamamilə razıyam. Bizim mental bütün nəzəriyyələri alt-üst edir. Bu demək olar ki, hər sahədə belədir. Təhsil, iqtisadiyyat, sosial həyat, din, ticarət və s. hər şeydə...
    Hər halda görüləcək çox iş var, çooox...

     

İzləyənlər

Video Post