Evliliyi canlı tutmanın yolları...

Posted by SaideNur 12.08.2008

Bu aşağıdakı yazını Qardaşım Rüstəm müəllimə və müstəqbəl xanımı Aygün xanıma müqəddəs bir yola başlanğıc etmələri münasibətilə ethaf edirəm.
Amma aşağıdakı tövsiyyələrdən istifadə etməmələrini xahiş edirəm.
Rəbbim onları məsud və bəxtiyar etsin.


"Ah" desə nə olduğunu soruşun, israr edin. Cavab verməzsə küsün.


Kiçik səhvlərini böyüdün, 3 gün qədər mövzu, yalnız o səhv olsun, onu yoldaşlarınıza şikayət edin.


Sonra da hıçqıra hıçqıra ağlayın. Hər mübahisədə 10 il ya da gedə bildiyiniz qədər geriyə gedib, köhnə səhvlərini yeni başdan ona xatırladın.


Səhvini xatırlaya bilməsəniz özünə soruşun. Aman, ağlamanı unutmayın. Baxdınız ki müzakirədə haqlı çıxmaq üzrə, tərəddüdsüz düşün huşunu itirin və ayılmadan əvvəl də titrəmə krizisi keçirin.


Siz huşunu itirdiyinizdə sizdən uzaq bir yerə gedib oturdusa, ayılınca, niyə sizinlə maraqlanmadığını bağıraraq soruşun. Hirslənin, onu günahlandırın. Hətta təkrar huşunu itirin.


Birdən haqlı olar isə dərhal köhnə haqsız olduğu hadisələri ona xatırladın ki, haqlı olduğu hadisəni unutsun.


Evə gəldiyində onu qaşqabaqlı qarşılayın.


Onun günahkar olduğu bir mövzunu tapmağı və xatırlatmanı əsla unutmayın.


Hər axşam cib telefonunun ünvan dəftərini yoxlayın. Dəfələrlə eyni nömrələri soruşun, amma şərhləriylə kifayətlənməyin, lazım olsa bir də nömrəyə zəng edin.


İş yerinə tez-tez gedin və oradakı insanlara onu şikayət edin.


Qısqanclıq edin amma bundan xoşu gələrsə əsla qısqanmayın...

Qaynaq:zaman.az

4 comments

  1. Gülməlidi ay Mzahir abi..:))) Amma, sən onu bunu boşver, keç öz təcrübəndən yaz;)

     
  2. Məzahir abi, maraqlı və komik yazıdı. demək olar ki, bunların tərsini etsən hər şey super olar :) hər halda burdakı əsas mesaj odur.
    Rüstəm müəllimi və Aygün bacını təbrik edirəm. İnşallah gün o gün olsun bu bloqda sizin uşaqlarınız yazsın :) ailə bloguna çevriləcək belə getsə, superdi :) ləzzət eliyər eeee :)

     
  3. SaideNur Says:
  4. adına yarı ciddi dedim ya
    anladın sen onu.....

     
  5. rsh Says:
  6. Gülməli idi.

     

İzləyənlər

Video Post