Eqoizm bizi öldürəcək!

Posted by Əfsun Qurbanov 9.25.2008

Niyə bu mövzu? Eqoizm Azərbaycan xalqının ən böyük bəlalarından biridir deyə düşündüyüm üçün. Hər kəs uzun illərdir o qədər “MƏN” üzərinə yetişib ki, yaxın qohumlarından, qardaş-bacısından tut, ən uzaq insanlara qədər heç kimi düşünmür. Bunun nümunəsini, cəmiyyət içində bir neçə saatını, bir neçə gününü, bir neçə ayını keçirən hər kəs görə bilər. Ailələrdən başlamaq surətilə, baxçalarda, məktəblərdə, universitetlərdə, iş yerlərində, küçələrdə, marşrutlarda, avtomobil tıxaclarında və s. Sözün düzü, bu siyahının hamısını yazmağa çalışsam məqalə özü elə bir siyahı olar. Odur ki, əsas məğzə girək.

Təhsilimiz niyə bu haldadır? Cavabların əksəriyyəti belə olacaq: “yetəri qədər büdcə ayrılmır”, “müəllimlərin maaşı azdır” və s. Mən bununla razı deyiləm. Problem: “eqoizm”. Müəllim dərsini deməkdən, şagirdlərə faydalı ola bilməkdən daha çox cibini (özünü) düşünür. Əlbəttə burda mən ümumiləşdirib bütün müəllimləri bu qara siyahıya daxil etmirəm. Amma sözün düzü odur ki, əksəriyyət belədir. O gün gənc bir müəllimlə danışıram. Deyir ki, təyinim çıxmışdı Qubanın hansısa bir kəndinə, orta məktəbə. Maaşı az idi, nə bilim suyu yox idi... Bunların hamısı müəllimlərin, bir müəllim kimi fədakar ruhda yetişmədiyini, eqo üzərinə yetişdiyini göstərir. Müəllim niyə ilk olaraq maaşı düşünsün ki? Deyəcəksiniz ki, bu maaş axı insanın yaşamasının və ehtiyaclarını qarşılamasının əsas mənbəyidir. Qardaşlar və bacılar, mən dünən rayon yerində bir ailə başçısının aylıq 80 manat maaşla mühafizəçi işlədiyini gördüm. Əgər bu insanlar ölmürsə bizə də zaval yoxdur. Vicdanla düşünək...

Tibbimiz niyə bu haldadır? Yəqin yenə cavab maddiyatla bağlı olacaq. Sözün düzü, cavab yenə də “eqoizm”. Həkimlər ciblərini və özlərini düşündüyü üçün. Xəstələrin halı necə olur olsun, “ölən ölsün mənə nə, mən puluma baxaram” dedikləri üçün... Mirzə Ələkbər Sabir çox gözəl deyib bu insanların xəstəliyi ta o zamandan. Bizim millətə hansı zəhərli maddələr nüfuz etdirilbsə, ta o zamandan bu xəstəlik var. Problem dövlət də deyil. Misal üçün, rayonlarda Qəbələdə, Zaqatalada, Balakəndə super tibb mərkəzləri, diaqnostika mərkəzləri inşa edilib. Bunların hamısını dövlət edib. Yaxşı bəs həkimlər ora gəldikdən sonra xəstələrəmi xidmət edəcək, insanlaramı xidmət edəcək yoxsa özlərinə, ciblərinəmi? Yəqin cavabı zaman göstərər.

Yollarda bəzən elə yerlərdə tıxaclar görürsən ki, “görəsən burda tıxaca səbəb olan nədir?” deyə düşünməmək əldə deyil. Və cavabı tapa bilmirsən. Amma cavab çox bəsitdir, “eqoizm”. İki maşın qarşılaşır, saatlarla bəzən bir-birinə siqnal səsini dinlətərək gözləyirlər. Halbuki, biri o birinə bir balaca fədakarlıq etsə, eqonu bir müddətlik kənara qoysalar tıxac olmayacaq, arxada da bu qədər insan gözləməyəcək.

İş yerindən də bir misal verim, bitirim ki, başınızın ağrısı bitsin. Məsələn bizim ofisdə bir nəfər var, həmişə özünə nə isə zərər gəlsə, nə isə onun şəxsi maraqlarına zidd bir vəziyyət olsa, coşur, aşır, daşır özünün vəziyyətini şirkətin ümumi bir halı imiş kimi göstərib “bu böyük problemdir, həll olunmalıdır” deyir. Öz-özümə düşündüm, “görəsən bu adama 1000-2000 manat artıq maaş verilsəydi bu adam yenə də danışardımı?” deyə. Və əlimi vicdanıma qoyub düşünürəm ki, xeyr. Çünki heç bir zaman həmin adam Əfsunun bu problemi var, bunu həll etmək lazım, çünki bu bizim adamdır, bizim işçidir, demədi. Mənim bir şikayətim də yoxdur, həmd olsun. Dünən 80 manatla işləyən dayını görəndə özümə gəldim bir az.

Sözün düzü, eqoizm bəzən xeyrli də ola bilir. Hər zaman mənfi təsirləri yoxdur. Amma insan sosial bir varlıq olaraq yaradıldı. Məqsədinə uyğun olaraq da insanlar arasında fədakarlıqla, başqalarının haqqını və hüquqlarını gözləyərək yaşamalıdır. Hər kəsə faydalı eqo və yerində fədakarlıq arzulayıram.

6 comments

  1. Anonymous Says:
  2. Maraqlı yazıdır, təşəkkür edirəm, müəllifin əllərinə sağlıq. Xeyli düşündürdü...

     
  3. Oxuduğunuz üçün sizə təşəkkür Ramin. Əlimizdən gəldiyincə oxuyucularımıza faydalı olmasına çalışdıq. Əgər bir şey alınıbsa nə gözəl. Çalışarıq bundan sonra daha da gözəl yazılar yazaq. Gəldiyiniz üçün təşəkkürlər. Bizi izləyin! :)

     
  4. Bizim kimi özündən razı və eqosuna düşkün amma yönləndirilməyə hazır millət bir ərəblərdir, bir də afrikalılar. Gör kimlərə tay olmuşuq da...

     
  5. Düz deyirsən Vüsal qardaş. Sən demişkən, gör kimlərə tay olmuşuq daaa? İnşallah düzələr. Görək dəəə.

     
  6. Anonymous Says:
  7. Efsun, ela yazidi, gec oxusam da sherh yazmaq istedim:) bezen mene ele gelir ki eqoisme gore rating elesek bizim millet erebleri de oter... hami ozunu dushunur, cunki evvelden bele olub, dovlet zavodlarinda ve diger muessiselerde yeyinti o qeder olub ki indi de musteqil shekilde ishleye bilmirler, eyni dushunce terzi qalib, komanda dushuncesi yaranmayib hetta ele ish yerlerimizde hami seni basib qabaga getmek isteyir, yeni idea ve tekliflere yuxaridan ashagi baxirlar... neise, ne vaxt duzelecek bunlar?!

     
  8. gec də olsa oxuyub, gözəl fikirlərinizi paylaşdığınız üçün mən sizə təşəkkür edirəm. fikirlərinizlə tam razıyam. amma inanın nə zaman düzələcəyi barəsində heç bir fikrim yoxdu :( çünki mən hələ "dünya görmüş" deyiləm... hələ çox var!

     

İzləyənlər

Video Post