Hər şey göründüyü kimi deyil

Posted by Vüsal Qəmbərov 9.07.2008

Dünən Kanaltürkdən maraqlı bir filmə baxırdım. Cuba Gooding Jr.ın baş rolu oynadığı filmin qəhrəmanı işsiz qalmış advokat idi. İllərlə "yaxşı" pul qazanan vəkillərə heyranlıqla yaşayan "qaqaş"ın əlinə bir gün böyük fürsət düşür. "Bir ayağı qəbirdə olan" dedektif yazıçısı son əl işini oxumaq və rəy bildirmək üşün ona gətirir. Ertəsi isə vəfatı xəbəri gəlir. Əlinə döndüyüm ağsaqqalın əsərini dövlətə təslim etmək əvəzinə adına çıxır və "kalan" pul qazanır. Artıq o Amerikanın ən dəyərli dedektif əsər yazarıdır.
Nəysə ki, zamanla hər şeyin göründüyü kimi olmadığını, əslində böyük bir quramada "qurbanlıq keçi" olduğunu anlayır. Polis 5 qətlin təfərrüatının birəbir onun kitabında nə axtardığını araşdırmağa başlayır və qaqaş "xüsusi təhlükəli qatil" statusuna "yüksəlir"...

Bu filmi seyr edərkən yadıma bir zamanlar oxuduğum hekayəcik düşdü. Vaxtilə onu bloqa yazmağa söz vermişdim. Olmasın marketoblog, olsun Sözün düzü...

Bir gün sürüdən ayrılan köhlən bir at, oğluyla tək başına yaşayan və həyatını qazanma dərdində olan kişinin həyətinə gəlir. Qonşular kişini bəxəvərçilikdə "ittiham edərək" deyirlər ki, bəs başına dövlət quşu qonub. Göydən düşmə bu atı istədiyin kimiistifadə edəcək. Kişi deyir ki, bəs "hər şey göründüyü kimi deyil". Bir səbr edin. Sizin 1 hesabınız varsa, Allahın da öz hesabı var". Onlar da deyir yəqin kişi söhbəti fırladır. Nəysə ki, bir gün kişinin biricik oğlu attan yıxılır və ayağını sındırır. Beləcə oğlu iş qabiliyətini, kişi isə yeganə dayağını itirir. Qonşular qocaya üzrxahlıq eləməyə gələndə, aldıqları cavabla şok olurlar: "zahirdə şər görünən bu işdə də xeyir ola bilər". Deyirlər a kişi "başına at təpib nədir". Evi tərk edirlər və öz aralarından da mızıldanırlar ki bəs "bir oğlunun ayağı qırılıb deyir bunda xeyir var".
Bir müddət sonra müharibə elan edilir və kənddəki bütün əli silah tutan kişilər səfərbərliyə cəlb edilir. Həə, onda məlum olur ki oğlunun ayağının qırılması onu müharibədən saxlayır. Yenə gəlirlər üzrxahlığa və "sən deyən oldu"ya. Kişi "yenə tələsirsiz" deyir...

Görəsən hala tələsirik. Zahirdə şər görünən bir çox şeydə xeyir ola biləcəyini niyə unuduruq... ya da bilmirik. Bu məsələ bir tanışımla aramdakı söhbətlərdə mövzu olmuşdu. Necə deyərlər "Mevla görelim neyler, neylerse güzel eyler"...

4 comments

  1. Vüsal təşəkkürlər. Çox faydalı və zamanında bir paylaşım oldu. Mübarək Ramazan ayında, ruhumuza və mənəviyyatımıza xitab edəcək bir yazı oldu. Yeri gəlmişkən yazı da çox yaxşı alınıb. burada Həzrəti Musa (ə.s) və Hz. Xızır (ə.s) haqqında olan hekayət də yadıma düşdür... Paylaşsam uzun olar. Hər halda hər zaman "vardır bir hikməti" deməyi bacarmaq lazım. Bunun üçün də nəfsi tərbiyə və böyük iradə lazımdır. Hər kəsə arzu edirəm.

     
  2. Yaxshi movzudur.
    Neyin xeyir, neyin sher oldugunu biz teessuf ki, evvelceden bile bilmirik. Bir meshhur hekayecik var, iki melek insan cildinde gelir bir varlinin qapisina, gece qalacaq yer isteyir. Varli evvel chox nem num edir, sonra onlara tovlede yer achdirir. Gece yashli melek tovlenin divarindaki deshiyi gorur ve duzeldir.
    BIr sonraki gece bu melekler asib birinin evine qonaq olur, yaxshi munasibet gorurler orda. Amma gece cavan melek gorur ki, yashlisi dua edir ki, kasibin ineyini oldursun Allah. HIrsle yashlidan sorushur ki, bu ne ishdir.. NIye axi, onlarin tovlesin yamadin, bunlarin ineyin oldurursen.. Yashli melek deyir ki, her shey gorunduyu kimi deyil.. Varliin tovlesinin divarinda bir kulche qizil vardi, onu tapmasin deye yamadim, kasibin ise arvadinin canini almaq buyrulmushdu, Allaha yalvarirdim ki, yerine ineyin canini alsin. Anama danishmishdim bunu chox kederli vaxtlarimizda.. Bezen umid ola bilir bele sohbetler..
    Bele movzunu achdigin uchun teshekkurler, Vusal.

     
  3. Nolub ay Əfsun, heç zad yazmırsan?

    Hər ikiniz də sağ olun :)

     
  4. Anonymous Says:
  5. Maraqlıdır vÜsal, çox sağ ol!
    Həqiqətən də hər işdə bir xyir var deyənlər boşa demirlər. Bu biz insanlarrın x.mirində yoğrulub, nəyisə elə istəyirik, elə istəyirik ki, düşünmürük ki, bəlkə də indi bunun vaxtı deyil. İstədiyimiz şey hal-hazırda bize xeyir yox, bəd gətirə bilər. Məsələnbəzi qızların övladı olmur. Çoxlu dua edirlər, sonra yerinə yetmədiyini görüb üsyan edirlər. Və birdən hamilə qalırlar. Sonra isə uşaq şikəst doğulur.Məncə Allahtala o uşağı vermirdisə deməli bilirdi ki, niyə vermir. Necə deyərlər hər şeyin bir vaxtı, vədəsi var. Bəlkə də mən bunu səhv alqılayıram, bəlkə də bu da bir qismətdir, nə bilim...Deyəsən bir az yayındım.
    Nə isə, Vüsal çox sağ ol..

     

İzləyənlər

Video Post