Hər zaman "klounların" adı çəkiləndə əvvəlinə bir də ŞƏN sözü əlavə edilir. Nəticədə alınır "şən klounlar"... Könül xanım dedi: "kloun üçün nə ehtiyac var şən sözünü deməyə. Heç indiyə kimi qəmgin kloun görən olub?". Elə bu zaman ağlıma gəldi bu mövzuda yazı yazmaq. Yəqin ki, hər kəs kloun görüb. Ən azından televiziyada. Klounların üzlərində olan o bir sıra rənglər və gülüş işarələri onların "şən" olduğunu göstərir. Əslində isə onların da dərdləri var... Onlar da insandı axı.
Sözün düzü, mən nə klounlardan yazmağı fikirləşirəm, nə də aktyorlardan. Əsl məqsədim bizim cəmiyyətdən yazmaqdır. Bizim cəmiyyətimiz də elə böyük "kloun" topluluğuna oxşayır. Hər kəsin üzü gülür, amma içəridə hansı dərdlər, hansı kinlər, hansı qəmlər, hansı göz yaşları yatır kim bilir... Sözün düzü, elə özümü də aid edirəm bu klounlar siyahısına. Mən də klounluq edirəm bəlkə bəzən. Çünki məcbur qalırsan buna. Qarşındakı insana dərdlərini əks etdirib onları da üzmək, dərdləndirmək istəmədiyin üçün bəlkə də... Yaxud da, qarşındakına yaxşı görünmək üçün, xoşuna gəlmək üçün gülürsən. Kim bilir daha nələr üçün gülürük, əslində isə güləcək heç nə yoxdu.
Marşrutda gedərkən insanların üzünə baxmaq kifayətdir. Metroları demirməm hələ. İnsanlar sanki böyük bir vedrə dərd içiblər. Hələ də onun qarın ağrısını yaşayırlar. İki dost görürsən metroda bir-birilə söhbətləşən. İkisi də bir-birinə gülümsəyir. Amma necə dərdləri var kim bilir... O dərdləri içində dəfn edib, dostuna gülmək çox ağır olmalıdır hər halda.
Bütün bu insanların dərdi nədir görəsən? Dünya, mal, mülk, pul, ev, maşın, ailə... Bunların hamısı subyektiv fikirlərə görə dərd hesab olunur. Amma düşünürəm ki, bu klounadanı yekunlaşdırmaq lazımdır. Hər kəs üzündəki rəngləri, işarələri silib içini zahirə verib insanların gözünün içinə sərbəst, azad bir şəkildə baxsa daha yaxşı olmazmı? Məncə "olduğu kimi görünmək, göründüyü kimi də olmaq" lazımdır. Yoxsa hər şey paxla bitkisinin gövdəsi kimi bir-birinə dolaşıb qalacaq.

Salam Əfsun. Səndə qələm var haaa... Həm qısa konkret, həm də mənalı.
Əslində klounların dodağının ətrafında böyük bir gülüş işarəsi çəkilsə də diqqətlə baxanda gözünün altında iri gözyaşların görərsiz. Onlar sənin də dediyin kimi içi ağladığı halda başqalarını şənləndirən obrazlardır.
Bizim camaatı klouna bənzətməyin isə yerində olub. Konsertə gedib tullanıb düşürük, toylarda rəqs edirik, dost çevrəsində deyib gülürük, axşam evə qayıdanda hamısı qalır qapının arxasında və gündəlik dərdlər elə həmin günü zəhər edir insanlara... Ona görə də araq belə populyardır. Onu içəndə gecəni də beynini məzuniyətə göndərmiş vəziyətdə keçirmək olur axı...
Qələmim yoxdur, amma yazımı bəyəndiyin üçün sağ ol. O sizin təvəccühünüzdür. Düz deyirsən Vüsal, arağın və digər araqkimilərdən olanların populyar olmasının səbəblərindən biri də elə bu "klounluq" olar yəqin. Hətta son illərdə Ramazan ayının da təsiri qalmıyıb. Heyf...
Efsun, yazi eladi! men de hemishe,metroda marshrutkada gedende insanlarin uzlerine baxib onu fikirleshirem, amma diger terefden ele ozumuz de klounluq edirik, problemlerimizi gostermemek ucun uzumuze bir kloun maskasi taxib digerlerinin kefini pozmamaq ucun artistlik edirik. Bu tek bizde bele deyil, psixologiyamiz beledi..
yazımda da demişəm.. mən özümü də bu "klounlar" siyahısına daxil edirəm. amma bu o demək deyil ki, belə olmalıdır. hər kəs olduğu kimi görünsə, kömək edən tapılar, məncə ünsiyyətlər daha möhkəm bağlar üzərində qurular...