İnsanın vezifesi hemişe sözün düzünü, haqqı söylemekdir. Bu fikire yeqin ki, heç kes; sözün düzünü deyen ve deye bilmeyen, hetta yalan söyleyen bele etiraz etmez. Amma problem sözün düzünü nece söylemekdedir. Yeni, insan söylediyi söz düzdür deye hara geldi, nece geldi soylemelidirmi? İnsanın buna haqqı varmı? Meselen, birisi kordur. O adama sen korsan desek ona nece tesir eder?Bir insan gizli bir günah işleyir. Onun bu günahını üze çıxarsaq, insanlara car çeksek nece olar? O insan o günahdan çekinermi, eksine o günahı açıq...
Men hemişe ad günümde bir hesabat xarakterli yazı yazıram... Bu günde yazmağı düşünürdüm.... Nuh Gönültaş`ın bu yazısını oxudum. Tevafuk oldu... Fuad qardaşım demiş:``Menim heranım tevafuqdur.`` Tebii ki, acziyyetime binaen... Bu yazı mene; hisslerime tercüman oldu... Ona göre de Siz degerli dostlarimla paylaşmaq qerarına geldim bu yazını....... Bir gün oxuyanlar bu günümde hansı hissleri kecirdiyimi bilerler insallah... İnanıram ki, her kes yaşayır benzer hissleri... Akif İslamzadenin oxuduğu eski bir parça var: "Herşey gözeldir...
Nədir bu görmək? Allah insana iki göz verib ki, həyatı, təbiəti, müsbət elmləri, bir sözlə Allahın özünü öyrənsin, lazım gəldiyində ehtiyaclarını qarşılasın, yol gedəndə ilişib yıxılmasın, dost-tanışını görəndə ayırd edə bilsin və s. Bu siyahını təbii ki, uzatmaq olar. Amma bu iki gözün əsas funksiyası görməkdir. Amma ola bilir ki, bəzən Allah qulunu imtahan etmək üçün gözlərindən birini, yaxud ikisini də zədələyir, yaxud tamamilə qulun əlindən alır. İmtahan dünyasıdı... Yenə də şükr etmək lazımdır. Belə olan halda insanın bir,...
Səhər işə gəlirəm. Metro da ağzına kimi dolu. Desəm bəlkə yalan olar?! Çünki, dolu ola-ola, Gəncliyə çatana kimi hələ camaat minirdi. Sözün Düzü Qəribədi...Qatar Neftçilərdən yola düşür...Millət az qala, biri-birinin ağzı içindədi. Heç kəs də bundan `diskomfort` yaşamır. Yaşayırsa da, heç bəlli etmir. Axi millət niyə belədi?!Basa bas olmağı təbii olaraq, özüylə istini də gətirir. İnsanlar tər içində olur. Burada artıq xoşa gəlməz hallar baş verməyə başlayır. Bugün önümdə bir xanım dayanmışdı. Qatar getdikcə, təbii olaraq ona...
Bu gün mənə çox yaxın olan Fuadla birlikdə kondisionerlərlə maraqlanırdıq. Qiymətlərin bəziləri baha gəldi. Amma düşündük ki, əsas sərinlikdi. Qiymət məsələsi bir şəkildə həll edilər. Yəni ki, "aclıq olsun, sərin olsun". Sözün düzü, günümüzdə millətimizin 90% bəlkə də belə düşünür. Gənclərimiz, yaşlılarımız, orta yaşlılarımız, bir sözlə hamı düşünür ki, bir neçə günlük dünyadı qoy kef eliyim. Sözün düzü, məsələ heç kef də deyil. Cəmiyyətin kompleksləri aşıb-daşır, fışqırır, fantan vurur. Əlimdə bahalı telefon olsun, əynimdə...
Bildiyiniz kimi şerif (sheriff) sözü ingilis dilində istifadə olunan bir sözdür. İngiltərə və ABŞ-da inzibati vəzifələrdə olan insanlardan bir sıralarına verilən vəzifə (yaxud rütbə) sayıla bilər. Bu barədə bir sıra qərb filmlərinə də baxmışıq hər halda. Amma bizim müsəlman nəslinin istifadəsində bu söz şərəfli mənasına gəlir. Bəs indi görəsən hansından danışacağıq? Şerifdən, yoxsa şərəfdən? Sözün düzü elə hər ikisindən, şərəfi olmayan şeriflərdən və hər insanın şərəfində olması gərəkən şerifdən...Bizim indi bir sıra şerif vəzifəsində...
Kitabsızlıq? Kiminə görə bu "dinsizlik", kiminə görə "imansızlıq", kiminə görə "vicdansızlıq", kiminə görə "insafsızlıq", kiminə görə də elə "kitabxanasızlıq", "az oxuma" problemi mənasına gəlir. Sözün düzü, elə bütün mənaları verir demək olar ki... Elə bu qədər mənaları öz batinində gizlədiyi üçün bu mövzudan başlayım dedim.Başlayaq elə bu mənaların ən sadələrindən biri kimi görünüb, əslində isə ən mürəkkəbi və bütün problemlərin bəlkə də səbəbi olan mənadan: kitabxanasızlıqdan və oxumayan cəmiyyət problemindən. Kitabxanalarımız...