Niyə bu mövzu? Eqoizm Azərbaycan xalqının ən böyük bəlalarından biridir deyə düşündüyüm üçün. Hər kəs uzun illərdir o qədər “MƏN” üzərinə yetişib ki, yaxın qohumlarından, qardaş-bacısından tut, ən uzaq insanlara qədər heç kimi düşünmür. Bunun nümunəsini, cəmiyyət içində bir neçə saatını, bir neçə gününü, bir neçə ayını keçirən hər kəs görə bilər. Ailələrdən başlamaq surətilə, baxçalarda, məktəblərdə, universitetlərdə, iş yerlərində, küçələrdə, marşrutlarda, avtomobil tıxaclarında və s. Sözün düzü, bu siyahının hamısını yazmağa...
Dünən Kanaltürkdən maraqlı bir filmə baxırdım. Cuba Gooding Jr.ın baş rolu oynadığı filmin qəhrəmanı işsiz qalmış advokat idi. İllərlə "yaxşı" pul qazanan vəkillərə heyranlıqla yaşayan "qaqaş"ın əlinə bir gün böyük fürsət düşür. "Bir ayağı qəbirdə olan" dedektif yazıçısı son əl işini oxumaq və rəy bildirmək üşün ona gətirir. Ertəsi isə vəfatı xəbəri gəlir. Əlinə döndüyüm ağsaqqalın əsərini dövlətə təslim etmək əvəzinə adına çıxır və "kalan" pul qazanır. Artıq o Amerikanın ən dəyərli dedektif əsər yazarıdır.Nəysə ki, zamanla...
Hər zaman "klounların" adı çəkiləndə əvvəlinə bir də ŞƏN sözü əlavə edilir. Nəticədə alınır "şən klounlar"... Könül xanım dedi: "kloun üçün nə ehtiyac var şən sözünü deməyə. Heç indiyə kimi qəmgin kloun görən olub?". Elə bu zaman ağlıma gəldi bu mövzuda yazı yazmaq. Yəqin ki, hər kəs kloun görüb. Ən azından televiziyada. Klounların üzlərində olan o bir sıra rənglər və gülüş işarələri onların "şən" olduğunu göstərir. Əslində isə onların da dərdləri var... Onlar da insandı axı.Sözün düzü, mən nə klounlardan yazmağı fikirləşirəm,...
Azərbaycandan kənarda yaşamaq çətindir. Qürbət, həsrət, darıxmaqlıqlar vs. bir yana. Ən çətini ilin uzun bir dönəmini Azərbaycandan kənarda keçirdikdən sonra geri qayıtmaq və adaptə olmaqdır. 10 ay boyunca söhbət etdiyim bütün dostlarımın “geri qayıtma” çağırışlarının səbəbini təbii ki, “dünyadan anlayışı olan” bir azərbaycanlı kimi bilirdim. Həmişəki söhbətlər... Amma yaşla əlaqədardır mı nədir bilmirəm hər il Azərbaycanın problemləri mənə daha çox agah olur. Bu iki ayda məni ən çox üzən nə toz torpaq, nə YPXların “ərəbzəngiliyi”,...