Salamlar əziz dostlar. Əfsun qardaşıma məni bu blogun yazarları arasına daxil etdiyi üçün təşəkkür edirəm. Sözün düzü yazmağı və marketinqi xoşlayıram. Marketinqdən yazmaqdan ötrü isə lap "ürəyim gedir". Amma 1 aydı yazmırdım bloga və elə bil heç nə də olmamışdı(!!!) Nəysə ki, axırı fürsət tapdım və səssizliyi də yeni blogum(uz)da pozmağa qərar verdim.
Sözün düzü adam Azərbaycanda marketinqdən yazmaq istəmir. Əvvəla marketinq yazıq bizdə nə yatıb ki, nə də yuxu görsün+dərdimiz sərimiz o qədər çoxdu ki, marketinq qalır axırıncı planda vəya maksimum ondan 1-2 bənd yuxarı qalxa bilir.
İstanbuldan oturub "vətən sevdalısı" kimi şərqilər oxumaq rahatdı bilirəm. Dostların həvəs və həyəcanla Bakıya gəlib 1-2 aya "başını götürüb qaçma" planları qurmasına alışmışam. Elə 1 ay keçməmiş mən də mühitdən iyrənib həmin həvəslərə qapılmışam. Amma qaçacaq yerimiz yoxdur. Burada yaşayacağıq və yaşamalıyıq.
Sözün düzü bu qədər bədbin olmaq da düz deyil. Bəzən "ən yaşanılacaq yer" dediyim də olub Bakıya. Amma cibində pulun olsun da gərək. Nəysə ki, buradayıq. Yenidən çıxıb gedəsiyik. Amma qayıtmaq üçün. Qayıdandan sonra da yeni eyni fikirlər və eyni mülahizələr.
P.S. Deyirəm yolda gedəndə ağlıma yalan olmasın 10-15 mövzu gəlir. Amma bu bilgisayarın önünə oturanda heç bir yaxın da durmur ki, sizinlə bölüşüm. Gələn dəfə elə bir şey olsa ayağından tutub yaxına bir yerə bağlayacam ki, hafizəmdən uçub getməsin. Hələlik, siftə naminə bunu qəbul edin.
Hörmətlər, Vüsal A.Q.
Vüsal qardaşım, sənə təşəkkür edirəm ki, belə maraqlı və Azərbaycanın demək olar ki, yaralı mövzusuna toxunmusan. bir baxıma da öz duyğularını bizimlə bölüşmüsən. daha da qaynar yazılar gözləyirik. sizin qələminiz haqqında çox təriflər və mədhlər eşitmişik, görmək istərdik.
PS. dəvətimi qəbul etdiyiniz üçün mən sizə təşəkkür edirəm. şərəf verdiniz.
Salan Vusal ml...
Necesiz?
Yazinizi oxudum.Efsun qardasim demisken,yeri var.
Ozunuzden mugayat olun,helelik.
Əfsun,Fuad! Sizə də salam!
Yaxşıyam Qəmbərov :) Şükr!
İnşallah maraqlı blog alınar burada. Biz də nacizanə payımızla iştirak edərik.
Məni keçin. Sizlər yazın biz də həvəsə gələk, maraqsız sətirlərimizi düşək bloga...
Salam Vusal bey....
Basarilar.... Namiziniz Rustem Beyden esitdim.... İnsallah tanisma fursetimiz olar.....
Azerbaycanda elbette hersey yaxsi olacaqdir... Elbetteki sebirle...
Onemli olan sebat etmek.... Sebat edince hersey olur Rebbimin izniyle..
Salam Məzahir bəy!
Başarı diləkləriniz üçün çox sağ olun. Estağfirullah nə namı? Rüstəmdi də təvəccüh eliyir.
İnşallah görüşərik. Hörmətlər...