"Ölçü daşı"ndakı bu dəfəki mövzumuz sevməklə əlaqəlidir. Bütün şairlər, bəstəkarlar, şou-biznes sevməkdən bəhs edir. O halda biz niyə etməyək? Ümumiyyətlə sevmək necə olmalıdır? Həqiqi sevgi nədir? Bunun ölçüsü varmı?
Hərşeydə olduğu kimi, SEVGİDƏ DƏ ÖLÇÜLÜ OLMAQ ARZUSU İLƏ....
Qiymətli Qardaşımız;
Mühüm bir sual: Deyirsiniz ki: "Məhəbbət ixtiyari deyil. Həm, fitri ehtiyaca görə, ləzz'tli təamları və meyvələri sevərəm. Ata və ana və övladlarımı sevərəm. Həyat yoldaşımı sevərəm. Dost və tanışlarımı sevərəm. Peyğəmbərləri və vəliləri sevərəm. Həyatımı, gəncliyimi sevərəm. Baharı və gözəl şeyləri və dünyanı sevərəm. Necə bunları sevməyəcəyəm? Necə bütün bu Məhəbbətləri Cənab-ı Haqqın şəxs və sifət və əsmasına verə bilərəm? Bu nə deməkdir?"
BİRİNCİ NÖQTƏ
Məhəbbət əslində ixtiyari deyil. Lakin, ixtiyar ilə, məhəbbətin üzü bir məhbubtan digər bir məhbuba dönə bilər. Məsələn, bir məhbubun çirkinliyini göstərməklə, və yaxud əsl layiq-ı Məhəbbət olan digər bir məhbuba pərdə və ya güzgü olduğunu göstərməklə, məhəbbətin üzü məcazi məhbubtan həqiqi məhbuba çevrilə bilər.
İKİNCİ NÖQTƏ
Dediyin sevdiklərini sevmə demirik. Bəlkə onları Cənab-ı Haqqın hesabına və Onun Məhəbbəti adına sev deyərik.
Məsələn, ləzzətli təamları, gözəl meyvələri, Cənab-ı Haqqın lütfkarlığı və o Rəhman-ı Rəhmin hədiyyəsi cəhətində sevmək, Rəhman və Münüm adlarını sevməkdir; həm mənəvi bir şükrdür. Bu Məhəbbət tək nəfs hesabına olmadığını və Rəhman adına olduğunu göstərən, qanun dairəsində qənaətkaranə qazanmaq və mütəfəkkiranə, mütəşəkkiranə yeməkdir.
Həm ata və ananı şəfqətlə təchiz edən və səni onların mərhəmətli əlləriylə tərbiyə etdirən hikmət və rəhmət hesabına onlara hörmət və Məhəbbət, Cənab-ı Haqqın Məhəbbətinə aiddir. O məhəbbət və hörmət, şəfqət, Allah üçün olduğunun əlaməti budur ki: Onlarqocaldıqları və sənə heç bir faydaları qalmadığı və səni zəhmət və məşəqqətə atdıqları zaman, daha çox məhəbbət və mərhəmət və şəfqət etməkdir.
Həm Həyat yoldaşını, rəhmət-i İlahiyyənin təmiz, lətif bir hədiyyəsi olduğu cəhətiylə sev və məhəbbət et. Lakin tez pozulan hüsn-ü surətinə (xarici gözəlliyinə) məhəbbətini bağlama. Bəlkə qadının ən cazibedar, ən şirin gözəlliyi, qadınlığa məxsus bir lətafət və nəzakət içindəki hüsn-ü siretidir.(daxili gözəlliyidir. Və ən qiymətdar və ən şirin camalı isə, ülvi, ciddi, səmimi, nurani şəfqətidir. Bu camal-i şəfqət və hüsn-ü siret (daxili gözəllik), axır həyata qədər davam edər, çoxlaşar. Və o zəifə, lətifə məxluqun hüquq-u hörməti o Məhəbbətlə mühafizə edilər. Yoxsa, hüsn-ü surətin zəvalı (bitməsi) ilə, ən möhtac olduğu bir zamanda biçarə haqqını itirər.
Xülasə: Dünyanı və ondakı məxluqatı hərfi mənası ilə sev; ad mənası ilə sevmə. "Nə qədər gözəl yaradılmış" de. "Nə qədər gözəldir" dəmə. Və ürəyin daxilinə, başqa məhəbbətlərin girməsinə meydan vermə. Çünki, ürəyin daxili şahid-i Səməddir və Ona məxsusdur.
"Allahım, bizə sevgini və bizi Sənə yaxınlaşdıracaq şeylərin sevgisini nəsib et. " de. Beləcə, bütün saydığımız məhəbbətlər, əgər bu surətlə olsa, həm əzabsız bir ləzzət verər, həm bir cəhətdə zavalsız (sonsuz) bir vüsaldır (qovuşmadır). Həm Məhəbbət-i İlahiyyəni çoxlaşdırar. Həm qanuni bir Məhəbbətdir. Həm eyni-ləzzət bir şükrdür. Həm eyni-məhəbbət bir təfəkkürdür.
Məzahir abi, Allah razı olsun əbədən daima. Bu gözəl mövzularla bizi işıqlandırırsız. Ən azından öz adıma əminliklə deyə bilərəm. Dediyiniz kimi, Allah ölçülü olmağımızı nəsib etsin. İnşallah həqiqi sevgini duymağı nəsib etsin Rəbbim.
Sagol qardasim....
Sagol qardasim....
Allah Razi olsun Hocam,her birimizin ehtiyaci var bunu bilmeye,kitapdan oxuyuruq ancaq unuduruq tez de,hatirlatdiginiz ucun cox sag olun...
Tudifak"dan ski bir ogrenciniz.....
Hakkinizi halal edin....