Kriz hardan çıxdı?
Bildiyiniz kimi son dövrün ən məşhur, ən qaynar mövzusu kriz, yaxud böhrandır. Elə mən də bunu nəzərə alıb bu mövzuda yazmaq istədim. Ancaq krizin nə olduğu, nə zaman başlayıb nə zaman bitəcəyi, bunun iqtisadi cəhətini deyil elə kriz və ya böhran sözünün özünü yazacam. Sözün düzü bu dəfə hansıdı görəsən? Kriz yoxsa böhran?
Magistr dərslərimizdə də dünyanın hər yerində olduğu kimi krizdən/böhrandan danışırıq arasıra. Maliyyə Menecmenti dərsimizdə də yenə krizdən/böhrandan danışmağa başladıq. Hər kəs bir fikir söylədi, elə mən də. Burda sizinlə də fikrimi paylaşım. İqtisadi olaraq krizin nə olduğunu hamımız bilirik, amma mən məsələyə başqa tərəfdən baxıram. Məncə kriz qlobalizm, terror, armageddon sözlərini çıxaranların işidir. Yəni burda spontan, avtomatik bir prossesdən danışmıram. Konkret olaraq krizi əmələ gətirənlər var məncə. Hal-hazırda bütün dünyada krizdən danışılır. Hətta orta məktəbi tam bitirməyən, canımdan çox sevdiyim nənəmdən də soruşsam KRİZ haqqında bir iki kəlimə deyər. :)
Qayıdıram fikrimə… Mənə görə sözün düzü odur ki, bu krizdə marağı olanlar konkret bu krizi ortaya çıxarıblar. Kriz başlamazdan əvvəl CRYSIS (Kriz) oyunu çıxdı bazara. Məncə bu da bir işarəydi. Rusiya və Gürcüstan müharibəsi, Amerika prezident seçkiləri və s. Bütün önəmli hadisələr bu ərəfədə oldu. Bunlardanmı əmələ gəldi kriz? Məncə bu krizin gələcəyinə dair işarələr idi.
Mən “kriz”i seçirəm…
Yazımın əsas məqsədi isə bu deyil. Məni qıcıqlandıran kriz də deyil. Mən nə edirəm edim, bu kriz davam edəcək. Sadəcə dua və Allahıma ilticadan başqa əlimdən heç nə gəlməz. Məni bu yazını yazmağa vadar edən söz seçimi etməkdir. Ay millət, kriz deyək yoxsa böhran? :)
Bütün gün televizorda, radioda, qəzetlərdə, rəsmi ədəbiyyatda BÖHRAN deyilir. Amma məncə elə kriz desək daha yaxşıdır. Çünki dünya terror deyir. Bunun axtarsaq bizim dildə də qarşılığı var. Amma terror deyirik. Qlobal sözünün də bizim dildə qarşılığı var. Amma hamı, bütün dünya qlobal deyir. Elə kriz də eynilə işlədilir cəmiyyətdə. Bəs niyə böhran? Bir dəfəlik dəyişin bu sözü edək böhran, hamının canı qurtarsın. Onsuz da bir müddət sonra hamı KRİZ deyəcək. Çünki bunu istəyənlər əvvəllər də buna nail olub.
0 comments