Fikir hardan gəldi?
Marşrutdaydım. Normal yol gedirik təbii ki. Yolda marşrutda bir qrup mənim yaşda amma başqa “vid-fasonda” gənclər mindi. Hiss olunurdu ki, hardasa bir yerdə işləyirlər, işdən çıxıb yol gedirlər. Aralarında söhbət gedir. Nə qədər mədəni gənclərdisə marşrutdu səs-küyləri və “gülüşləri” götürüb. Diqqətimi çəkən bir neçə “ət tökən” zarafat və yazımın başlığı oldu. Biri o birinə “mənə deyərdin mən həll edərdim də. Danışıb başa salardım onu. Niyə başını sallayıb durursan qabağında? Qarabağı da belə verdik getdi də!!!” Bu söz həqiqətən məni elə bil oyatdı. Elə bil yuxudaydım, dərin bir yuxuda, və o an oyandım. Çünki artıq 20-23 yaşı olan bir gənc “Qarabağı artıq verdiyimizi” düşünürdü. Fikirləşirəm ki, bizim millətin hamısı indi belə düşünür. Əslində indi millətin, xalqın arasında gəzib sual versək, araşdırsaq görərik ki, çox az insan Qarabağın geri qayıdacağına inanır və bundan məmnundur. Heç kim, narahat deyil. Sanki elə hər şey belə olmalıymış kimi… Düşünürəm ki, sabah rəsmi olaraq müharibə elan edilsə gedənlərin çoxu marşrutda məcburiyyətdən yer verənlər kimi məcburən savaşmağa gedəcək. Və yaxud, əgər rəsmi olaraq “Qarabağ artıq bizim deyil, rəsmi olaraq Ermənistanın ərazisidir” şüarı səslənsə çox az qrup insan rahatını pozar.
Parçala və hökmranlıq et!
Əsas məsələ odur ki, bu problemin mənbəyi hardadır. Bu xəstəlik kimdən yoluxdu bizə, yaxud “hansı küləkdən soyuq aldıq” ? Hansısa xarici düşmənlərin apardığı mənfur siyasət, düzgün aparılmayan daxili idarəetmə strategiyası, bizim özümüzün mental geriliyimiz? Nədir axı bu? Əgər tarixə baxsaq görərik ki, həmişə burda xanlıqlar, bəyliklər olub. Rayonlar, kəndlər arasında müharibə gedib. İndi bu o qədər kiçilib ki, Azərbaycanda şəxslər arasında müharibə gedir. “Parçala və hökmranlıq et” strategiyasının üzərində işləyənlər burda o qədər asanlıqla nailiyyət qazanıblar ki, artıq metroda iki gənc baxışlarla bir-birini “yeyir”. Adama sual verərlər “malınız ortaq düşüb?”. Sözün düzü, bu problem məndə də var… Bu cəmiyyətin xəstəliyi mənə də yoluxub təbii ki, amma şükrlər olsun ki, o qədər də yox.
İş yoldaşım Mina xanımla, bu yaxınlarda kiçik bir dialoqumuz oldu. Dialoqumuzun bu mövzuya tam uyğunluğunu nəzərə alaraq burda paylaşıram. Sözün düzü, dialoqun Mina xanıma aid olan hissəsini. “Əgər fikir versəz görərsiniz ki, Azərbaycanda komanda oyunları o qədər də inkişaf etməyib. Daha çox fərdlərin apardığı yarışlarda medallar qazanılır, dünyada yer tutulur və s. Amma fubtol, basketbol kimi komanda oyunlarında heç də uğurumuz yoxdur. Bu ondan xəbər verir ki, bizim millətdə eqo böyükdür.” Öncələr yazdığım bir məqalənin də başlığı “Lider bol olarsa basılmaz vətən” idi.. Bu mövzu da hardasa buna yaxın bir mövzudur.
Əsas məsələ birlikdir
Bizim millətimiz nəfsə gələndə, sadəcə özümüz olanda o qədər vətənpərvər millətdir ki… Sözün düzü bunun heç bir mənası yoxdur. Əgər biz kollektiv şəkildə birlik və bərabərliyi təmin edə bilmiriksə o zaman bu vətənpərvərlik bir şey ifadə etməz. Çünki bizi parçalamaq çox asandır, elə hökmranlıq etmək də.
Çarəsi nədir bilmirəm. Amma onu bilirəm ki, hələ görüləsi çox iş var… Hər nə qədər bizim millətin, xalqın böyük tarixindən və mədəniyyətindən ağızdolusu danışsaq da, düşünürəm ki, bu gün bu mədəniyyət “tək dişi qalmış canavar”a oxşayır… Bu yolda hamımıza uğurlar!
Sağol ay Əfsun.
Çooooxxxx vacib mövzuya toxunmusan.
eger az da olsun faydali oldusa ne gozel. sizin de yazilarinizi gozleyirem.. :)))
salam. nice blog. please visit to my site
aleikum salam. you're welcome here. it's good that you liked. I've visited your blog. it's very nice.. good luck in your mission brother.
Salam dostlar!
Ana dili gününə həsr olunmuş aksiyamıza qoşulmaq istəyirsinizmi?
http://hasanalizade.azeriblog.com/2009/02/21/duzgun-yaz
Problem deyil Ramin, biz də məmnuniyyətlə qoşularıq dediyin aksiyaya.. bunun üçün nə etmək lazımdır?
Aksiyanın şərtlərini bu keçiddə tapa bilərsiniz: http://hasanalizade.azeriblog.com/2009/02/14/chaghirish
Hər zamankı kimi maraqlı yazıdır Əfsun bəy. Sizinlə tamailə razıyam. Birlik mütləqdir. Nə qədər ki bu eqolar olacaq vətənpərvərlikdən ancaq boş-boş danışılacaq. Birlik olmayan yerdə isə Vətən də yox olur, vətəndaşlar da yetim. Amma, çoxları üçün bu önəmli deyil. Təəssüf ki...
Yazını bəyənmənizə və şərh yazıb dəstəkləməyinizə görə minnətdaram Şəbnəm. Dediyiniz kimi, Azərbaycanda eqo daha qabarıqdı (diqqət etdinizsə BİZDƏ demədim, Azərbaycanda, çünki məndə də eqo böyükdü). Təəssüf ki, bir-birimizi düşünmürük, xalqımızı, millətimizi düşünmürük.. inşallah bir gün özümüzə dönərik.