Həmişə bir problem, müsibət baş verəndə ona sadəcə bir aspektən yanaşırıq. Bəlkə də onu sadəcə zalimin bir zülmü olaraq görürük. Bu sadəcə məsələnin bir tərəfi.... Yəni "Bəşər zülm edər, Qədər ədalət" prensipini unuduruq. Bu müsibətə Rəhman və Rəhim olan Rəbbimizin müsaidə etməsinin hikmətini bəlkə də o anda düşünə bilmirik. ELə isə başımıza gələnlər sadəcə bir Cəzadırmı? Bu cəzayla bərabər bir mükafatımız varmı?

Bütün bu suallarımızın cavabını aşağıdakı hikmətli yazıda tapırıq. Rəbbim hadisələrə Qədər aspektindən baxma qabiliyyətimizi itirtməsin inşallah.



Təkrar biri soruşdu: "Müsibət, cinayətin nəticəsi, mükafatın müqəddiməsidir. Hansı hərəkətiniz ilə qədərə fətva verdirdiniz ki, bu müsibətlə hökm etdi. Müsibət-i amme (Ümuma gələn müsibət) əksəriyyətin səhvinə terettüb edər (səhvindən ortaya çıxar). Hazırda mükafatınız nədir?"

Dedim: "Müqəddiməsi üç mühüm erkan-ı İslamiyedeki (İslamın ərkanlarındakı) laqeydliyimizdir: salat(namaz), savm(oruc), zəkat(zəkat). Çünki, iyirmi dörd saatdan tək bir saatı, beş namaz üçün Xaliq-Təala (Yaradan) bizdən istədi; tənbəllik etdik. Beş il, iyirmi dörd saat təlim, məşəqqət, təhrik ilə, bir cür namaz qıldırdı. Həm, ildə tək bir ay oruc üçün nəfsimizdən istədi; nəfsimizə acıdıq. Kəffarətən (kəffarət olaraq), beş il oruc tutdurdu. "On"dan, və ya "qırx"dan birini, lütf etdiyi maldan zəkat istədi; buhl etdik, zülmətdik; O da bizdən mütərakim (yığılmış) zəkatı aldı.
"Mükafat-ı hazıramız(İndiki mükafatımız) isə; fasiq, günahkar bir millətdən, xumsu (beşdən biri) olan dörd milyonu vəlayət dərəcəsinə çıxardı; qazilik, şahidliklik verdi. Müştərək (ortaq) səhvdən neş'et edən müştərək müsibət, keçmiş günahını sildi."

2 comments

  1. Məzahir abimizin gözlənən yazısı gəldi :) ilk öncə Allah razı olsun deyirəm bu dəyərli yazınız və yorumunuz üçün. həmişə düşündüyüm bir şey var. BALANS. həmişə həyatımızda, düşüncələrimizdə, əməllərimizdə, qərarlarımızda balans olmalıdır. ƏDALƏT budur, MƏRHƏMƏT budur. hərşeydə bir balans var.
    Məzahir abimiz burda bu vəzifəni bir lahza öz üzərinə götürdü. xeyirli uğurlu olsun.

    Çox düz deyirsiniz ki, sadəcə bir tərəfdən baxmaq olmaz. Düzdür İsraillilər zülm edir, burda yada axirətdə cavabını alacaq. Amma orda qırılan uşaqlar zəlzələdən, hansısa bir xəstəlikdən ölsəydi... Düşünməyə dəyər. deməkki, hardasa müsəlman ümməti, ümumi bu cəzanı Allah qarşısında haqq etdin, tokada, qədər şilləsinə müstahaq oldu ona görə. nəticə çıxarmaq və haqsızlığa qarşı da susmamaq lazım.

    Allah razı olsun.

     
  2. Anonymous Says:
  3. Efsun qardasim Allah razi olsun....

     

İzləyənlər

Video Post