Susmaq razılıq əlamətidir!

Posted by Əfsun Qurbanov 1.06.2009 ,

İlk söz...
Təbii olaraq yazacağım yazı hal hazırda hər kəsin yaralı yeri və düz sözü olan Fələstindir. Dünən gecə saat 2-5 arasında minlərlə müsəlman qardaşlarımız Azərbaycanda, Türkiyədə və digər ölkələrdə mənəvi bir halğa yaratdı. Hər kəs 50 Kafirun surəsi oxudu və dualar etdi. Allah qəbul etsin! Bir zamanlar Fil hadisəsində Allah öz müqəddəsatını qorumuşdu. O Kabə idi. İnşallah bu dəfə bütün kainatın meyvəsi, yaradılış səbəbi olan insan müqəddəsatını, ordakı məzlum qardaş və bacılarımızı Allahı Rabbül Aləmin qoruyacaq və Allah düşmənlərini darmadağın edəcək!



Əsas məsələ...
Görəsən niyə hamı susur? Hər zaman terrora yox deyən ölkələr niyə bu gün səs çıxarmır. Bütün xəbər saytlarında yazılan ortaq bir cümlə diqqətimi çəkdi: "Onların susmasından İsrail cəsarət aldı". Deməli orda şəhid olan qardaş və bacılarımızın qanında o susanlar da ən az İsrail qədər günahkardır! Mən siyasətçi deyiləm, siyasətdən də zəhləm gedir. Çünki siyasət mənə görə insana min cür sifət verir. Xarakteri və tərəfi bəlli olmayan insanların işidir. Mən də bacarmadığım üçün uzağam çox şükür. Amma bir kiçik siyasi dəyərləndirmə etsək: sadəcə statistik məlumatlardan yola çıxaraq görərik ki, həqiqət nədir.

İsrail əməliyyatlara başladığı zamandan bu günə qədər 550 Fələstinli müsəlman şəhid olub. Və bunların əksəriyyəti sivil insanlardır. Sakit, silahsız, müqavimətsiz insanlar. Şəhid olanların arasında qadın və uşaqlar üstünlük təşkil edir. Dünən 3 uşaq qətlə yetirildi. Tankın altında qaldı!!! Dünən qətlə yetirilmiş 21 nəfərin 17-si qadın və uşaqlardır. Bu hansı kitabda yazılıb?

İsrail şərəfsizləri "bütün günah Hamasındır, biz onlar üçün gəldik" deyib bir tərəfdən dinc insanları, uşaqları, qadınları qətlə yetirir. Buna qarşılıq isə açıqlamalarına görə cəmi 1 israilli ölüb və 4 nəfər yaralıdır. Buna qarşılıq Fələstinli müsəlmanların 550-dən çoxu qətlə yetirilib və 2500-dən çox insan yaralıdır. Bunlardan əlavə minlərlə insan evlərindən eşiklərindən zorla çıxarılıb. Bu insanlar məktəblərə və digər yerlərə sığınmaq məcburiyyətində qalıb.

Bunların hamısını oxuduqdan sonra sadəcə bir iki dəqiqə mülahizə etmək yetərlidir ki, həqiqəti anlayasan. Həqiqət hər bir insanın daxilində gizlənmiş bir toxumdur. Onun üçün zəmin yarananda dallanır, budaqlanır. Həqiqət ortadadır!

Sözün nöqtəsi...
Bilmirəm bizim üzərimizə nə düşür. Gedib savaşmaq, dua etmək, ağlamaq, danışmaq, sözün düzünü demək və ya başqa bir şey... Amma bilirəm ən önəmlisi duadır, ki hamımız edə bilərik. Dua edək, əlimizdən gəldiyi qədər çox və səmimi qəlbdən, tam ixlasla ordakı qardaşlarımız və bacılarımız üçün dua edək. Çünki onların yerində biz də ola bilərdik. Allah onları qorusun!

0 comments

İzləyənlər

Video Post