Bu yazını oxuyanlar elə başa düşməsin ki, siyasətlə nə isə əlaqəsi var. Elə bir şey yoxdur. Böyük bir alimin bütün ömrü boyunca dua etdiyi kimi, “əuzu billəhi minəş-şeytani vəs-siyasət”. Yəni şeytandan və siyasətdən Allaha sığınıram! Bloqumuzun əsas məqsədi cəmiyyətimizlə, özümüzlə bağlı həqiqətləri söyləmək, oxucularımızla duyğularımızı paylaşmaq olduğu kimi, bu yazım da sadəcə və sadəcə cəmiyyətimizin kiçik bir qüsurundan böyük yola çıxıb yarı yolda qalmaqdan ibarətdir.
Bu yazını yazmağa necə qərara gəldim? Prezident seçkilərimizdə iştirak edəcək namizədlərin sayından sonra. Amerika, Rusiya, Türkiyə kimi iri həcmli və çox insanlı ölkələrdə, ölkəni idarə etmək üçün namizəd duranların sayına baxdım, sonra bizim kimi sahəcə kiçik olan, insanı az olan Azərbaycanımızın namizədlərinin sayına baxdım... Sözün düzü, öncə yazmaq istəmədim. Dedim, birdən hamı elə bilər ki, siyasətə girmişik. Amma məqsədim sadəcə bizim xalqımızın idarə etmə xəstəliyindən danışmaqdır.
“Xərçəng xəstəliyi görmüşük, vərəm xəstəliyi görmüşük, qrip də görmüşük, əşşi lap ulduz xəstəliyi də görmüşük, bu liderlik xəstəliyi də təzəmi çıxdı?” – deyə sual verə bilərsiniz. Sözün düzü, bu xəstəlik, elə insanın yaradılışından içində var. Amma düşünürəm ki, müasir zamanda bizim millətdə bu yoluxucu xəstəlik halına gəlib. Kiçik bir müəssisədən tut, böyük şirkətə qədər, dövlətdə söz deyən partiyadan tut, ta prezidentliyə qədər hər yerdə insanlar lider olmaq, söz deyən olmaq, qərar verən olmaq istəyirlər. Axı hər kəs son sözü desə, sözün düzünü hardan biləcəyik?
İnsanlar iki cürdür: idarə edən, idarə olunan! Hər kəs idarə olunanı yaxşı, dadlı, cazib görüb, ondan olmaq istəyir. Amma hər idarə olunan uğur qazana bilmədiyi kimi, hər idarə edən də uğur qazana bilməz. Hər idarə olunan öz başına uğur qazanmadığı kimi, hər idarə edən də idarəsində olan insanlar olmadan bir məna ifadə etməz! İdarə olunmağın özünəməxsus cavabdehlikləri, məsuliyyətləri olduğu kimi, idarə etməyin də o qədər insanın haqqını qorumaq, ədalətli olmaq, nəticələrə görə cavab vermək kimi böyük cavabdehliyi var. Bunların hamısını nəzərə alaraq bir düşünək, həqiqətən hər zaman idarə etmək yaxşı mövqedirmi?
Mənim fikrimcə insanın tutduğu mövqe nə olur olsun, həmin nöqtədə öz vəzifələrini bilib, fərqində olub, dəqiq bir şəkildə yerinə yetirməklə, məsuliyyətinin fərqində olmaqla hər zaman uğur qazana bilər. Prezidentin edə bilmədiyi bir şeyi bəzən bir idmançı edə bilər. Bütün dünya xalqlarının gözü qarşısında bayrağımızı qaldıra bilər. Odur ki, millətə, xalqa, vətənə xidmət etmək üçün prezident olmaq şərt deyil. Hər kəs öz sənətində sözünü deməyə çalışsa, sözün düzü gerçəkləşmiş olar.

SAlam yazarlar. Bloqunuzu maraqla izləyirəm. Lakin son vaxtlar olan vaxt qıtlığımdan oxumağa və şərh yazmağa çox zaman ayıra bilmirəm. XAhiş edirəm bu ünvana bir göz atasınız: http://shebnem.azeriblog.com/2008/10/29/beynexalq-dostluq-mukafati
Bloqunuzu maraqlı bilərək Beynəlxalq Mükafatla mükafatlandırmışam :). Ümid edirəm ki gələcəkdə bloqlarımız dostlaşar və bu dostluq qüvvətlənər.. Xahiş edirəm sizin bu bloqun bütün yazarları bu şərhi oxuyub, həmən ünvana baxib və bu mükafatla siz də dəyərləndirəsiniz.
Təşəkkürlər Şəbnəm bacı. Sözün düzü bloqunu mükafatlandırdığınız üçün təşəkkür edirik. Əlimizdən gəldiyincə sözün düzünü deməyə çalışırıq. ACI OLSA DA.
Sizin bloqunuz da mükafata layiqdir. bütün yazarlarımız adından hörmətlər