Hərənin öz ölkəsi ilə fəxr etməsi şərtdir, fəxr ediləcək ünsür tapmayanda ya özün icad etməlisən, ya da başqalarının tapdıqlarını özünə adaptə etməlisən. Axtaran tapar prinsipi ilə baxdığımda mən də bir amili, özü də çox mühüm amili icad etdim. Azərbaycanda yazar olmaq çox rahatdır. Fəxr etməyə dəyər, düz deyilmi? Gün ərzində o qədər hirslənəcəyimiz, acığımız tutacaq məsələlərlə rastlaşırıq ki, yazmaq çıxış yolu olur, əlimizdən hech nə gəlmədiyini ört-basdır etmək üçün qaçış nöqtəmiz. Mən də zaman-zaman bu yola üz tuturam. Çoxdandır...
Bu indi inşaat "cənnəti" olan Bakının bəlkə də əsas problemlərindən biridir. Mən də istədim bu Bakımızın kiçik bir parçası olaraq bu problemdən danışım. Əslində problemdən danışmaq hamımızın canında var. Amma əslində irəli gedənlər sadəcə problemi göstərənlər deyil, eyni zamanda problemin həlli yollarını da göstərənlərdir. Mənim də işim deyəsən sadəcə birinci hissədən ibarətdir. Elə buna görə də irəli getmirəm... Sözün düzü, problemin həllini də düşünüb söyləmək olar. Amma türkün sözü "kim takar seni?"...Binalar nə qədər keyfiyyətli...
Salamlar əziz dostlar. Əfsun qardaşıma məni bu blogun yazarları arasına daxil etdiyi üçün təşəkkür edirəm. Sözün düzü yazmağı və marketinqi xoşlayıram. Marketinqdən yazmaqdan ötrü isə lap "ürəyim gedir". Amma 1 aydı yazmırdım bloga və elə bil heç nə də olmamışdı(!!!) Nəysə ki, axırı fürsət tapdım və səssizliyi də yeni blogum(uz)da pozmağa qərar verdim. Sözün düzü adam Azərbaycanda marketinqdən yazmaq istəmir. Əvvəla marketinq yazıq bizdə nə yatıb ki, nə də yuxu görsün+dərdimiz sərimiz o qədər çoxdu ki, marketinq qalır axırıncı...
Sözün düzünü hansı dildə yazmaq lazımdır deyə düşünməyə başladığım zaman bu məqaləni yazmağa qərar verdim. Bizim millətin öz dilinə bu qədər zülm etməsi məni düşündürdü, düşündüklərimi Məzahir bəyin ən son yazdığından sonra xeyli tərəddüd etdikdən sonra yazmaq qərarına gəldim. Görürəm ki, dilin dili olsaydı qışqırardı ki, "bəsdi ay millət! Niyə mənə bu qədər zülm edirsiniz?" Amma dilin dili olmadığı üçün onun yerinə mən danışmaq qərarına gəldim. Barmaqları işə saldım...Sözün düzü, bu dil probleminin harasından başlayım bilmirəm....

İzləyənlər

Video Post