Gülümsəyən amerikalı...

Posted by Əfsun Qurbanov 8.27.2009 ,

Çoxlarının arzusunda olduğu ölkə, Amerika. Hər kəsin ortaq bir səbəbi var: maddi rifah yüksəkdir. Bəli, bu həqiqətən də belədir. Burda avtomobilə sahib olmayan insan nadir halda görərsiniz. Hətta küçə kənarlarında səki belə yoxdur. Təbii ki, çox böyük şəhərlərdə var. Mən Alabama-dan danışıram. Gördüklərim arasından özümə ilkin dərs çıxarmağa çalışdım və ilk mövzum gülümsəmə, təbəssüm mədəniyyəti.
Allah Rəsulu (s.a.v.) "Təbəssüm sədəqədir" deyir. Biz bunu bilirik, ancaq etmirik. Edənlərin haqqına girmiş kimi olmayım, nə demək istədiyimi açıqlayacam. Burdan küçədə gəzən insanları görmək çox çətindir. Demək olar ki, mümkün deyil. Hər kəs ya evindədi, ya işindədi, ya da alış-verişdə. İnsanların olduğu yerə getdiyiniz zaman bir balaca şoka düşə bilərsiniz. Çünki göz-gözə gəldiyiniz insanlar sizə təbəssüm edir və salam verir. Çox maraqlıdı, mən Bakıda mənə baxan bir nəfərə təbəssüm edib salam versəm nəticəsi necə olar. Yəqin ya davam düşər, ya da başıma çanta dəyər.
Amma burda insanların gündəlik, çox normal, təbii yaşayışı budur. Yanından keçən insanlar səndən üzr istəyir, göz gözə gələndə təbəssüm edir, "salam, necəsən?" deyir. Minyeli Abdullah filmində Abdullahın dediyi kimi "Avropa müsəlman mədəniyyətinə sahib olub, müsəlmanlar avropa mədəniyyətinə. Allah Allah, bu necə işdir?"
Bir sözlə təəccüb etməmək əldə deyil. Görəsən bunun kökündə nə durur? Mənim üçün maraqlı olan budu. Bizdə niyə hər kə aqressivdir, burda isə hər kəs çox sakit? Bizdə niyə hamı qaşqabaqdı, burda niyə hamı təbəssüm edir? Kimsə deyə bilər ki, pulları çoxdu. İnanın ki, bizim evlərimiz bu insanların evlərindən çox daha şahşahalıdır. Balaca, bir neçə otaqdan ibarət, bir mərtəbəli, aralarında hasar olmayan, sakit, sadə evlərdə və mühitdə yaşayır bu insanlar. Bizim evlərin qiymətindən daha ucuz, bizim maşınların qiymətindən daha ucuz. Burda insanlar çox zəngin deyil. Mənə görə Azərbaycanda insanlar daha zəngindir. Bəs bu təbəssümün səbəbi nədir? Maraqlıdı...

3 comments

  1. Əfsun Allah razı olsun qardaş. Çox maraqlı oldu mənə. Bu qədər bilmirdim. Amerikanlara qarşı müsbət hisslər yarandı məndə. İnşallah biz də belə olarıq bir gün. Biz heç milləti traininglərlə və ya cəzalarla gülümsədə bilmirik.

     
  2. dogurdanda maraqlidir... He bu arada :) salam neceseiz? :)

     
  3. Anonymous Says:
  4. Yaxşı bir etibarlı kredit şirkətinin mənim üçün etdiyi işlər barədə ifadələrimi bölüşmək üçün buradayam. Adım Nikita Tanya, rus dilindəyəm və 3 uşağın sevimli bir anasıyam. Mənə və övladlarım üçün bu qədər çətin olan bir kredit almaq istəyində pulumu itirdim, kredit istəməyə onlayn müraciət etdim. Bu yaxınlarda çox dürüst bir adam cənab Benjamindən bir kredit götürən bu dostumla tanış olduğum günə qədər itirdim. 5 iş günü ərzində kredit almağımda kömək edən bu vicdanlı kredit mütəxəssisi cənab Benjaminlə tanış etdi. Yenidən ayağa qalxmağımda kömək etdiyim üçün cənab Benjaminə sonsuz minnətdaram. E-poçt vasitəsilə cənab Benjaminlə əlaqə saxlaya bilərsiniz: Lfdsloans@outlook.com onlar mənim bunu etdiyimi bilmirlər, ancaq bunu etmək məcburiyyətindəyəm, çünki kredit yardımına ehtiyacı olan çox sayda insan var. bu vicdanlı insana və siz də xilas ola bilərsiniz .WatsApp: (+ 1 989-394-3740)

     

İzləyənlər

Video Post