Fikir hardan gəldi?
Marşrutdaydım. Normal yol gedirik təbii ki. Yolda marşrutda bir qrup mənim yaşda amma başqa “vid-fasonda” gənclər mindi. Hiss olunurdu ki, hardasa bir yerdə işləyirlər, işdən çıxıb yol gedirlər. Aralarında söhbət gedir. Nə qədər mədəni gənclərdisə marşrutdu səs-küyləri və “gülüşləri” götürüb. Diqqətimi çəkən bir neçə “ət tökən” zarafat və yazımın başlığı oldu. Biri o birinə “mənə deyərdin mən həll edərdim də. Danışıb başa salardım onu. Niyə başını sallayıb durursan qabağında? Qarabağı da belə verdik getdi də!!!” Bu söz həqiqətən məni elə bil oyatdı. Elə bil yuxudaydım, dərin bir yuxuda, və o an oyandım. Çünki artıq 20-23 yaşı olan bir gənc “Qarabağı artıq verdiyimizi” düşünürdü. Fikirləşirəm ki, bizim millətin hamısı indi belə düşünür. Əslində indi millətin, xalqın arasında gəzib sual versək, araşdırsaq görərik ki, çox az insan Qarabağın geri qayıdacağına inanır və bundan məmnundur. Heç kim, narahat deyil. Sanki elə hər şey belə olmalıymış kimi… Düşünürəm ki, sabah rəsmi olaraq müharibə elan edilsə gedənlərin çoxu marşrutda məcburiyyətdən yer verənlər kimi məcburən savaşmağa gedəcək. Və yaxud, əgər rəsmi olaraq “Qarabağ artıq bizim deyil, rəsmi olaraq Ermənistanın ərazisidir” şüarı səslənsə çox az qrup insan rahatını pozar.
Parçala və hökmranlıq et!
Əsas məsələ odur ki, bu problemin mənbəyi hardadır. Bu xəstəlik kimdən yoluxdu bizə, yaxud “hansı küləkdən soyuq aldıq” ? Hansısa xarici düşmənlərin apardığı mənfur siyasət, düzgün aparılmayan daxili idarəetmə strategiyası, bizim özümüzün mental geriliyimiz? Nədir axı bu? Əgər tarixə baxsaq görərik ki, həmişə burda xanlıqlar, bəyliklər olub. Rayonlar, kəndlər arasında müharibə gedib. İndi bu o qədər kiçilib ki, Azərbaycanda şəxslər arasında müharibə gedir. “Parçala və hökmranlıq et” strategiyasının üzərində işləyənlər burda o qədər asanlıqla nailiyyət qazanıblar ki, artıq metroda iki gənc baxışlarla bir-birini “yeyir”. Adama sual verərlər “malınız ortaq düşüb?”. Sözün düzü, bu problem məndə də var… Bu cəmiyyətin xəstəliyi mənə də yoluxub təbii ki, amma şükrlər olsun ki, o qədər də yox.
İş yoldaşım Mina xanımla, bu yaxınlarda kiçik bir dialoqumuz oldu. Dialoqumuzun bu mövzuya tam uyğunluğunu nəzərə alaraq burda paylaşıram. Sözün düzü, dialoqun Mina xanıma aid olan hissəsini. “Əgər fikir versəz görərsiniz ki, Azərbaycanda komanda oyunları o qədər də inkişaf etməyib. Daha çox fərdlərin apardığı yarışlarda medallar qazanılır, dünyada yer tutulur və s. Amma fubtol, basketbol kimi komanda oyunlarında heç də uğurumuz yoxdur. Bu ondan xəbər verir ki, bizim millətdə eqo böyükdür.” Öncələr yazdığım bir məqalənin də başlığı “Lider bol olarsa basılmaz vətən” idi.. Bu mövzu da hardasa buna yaxın bir mövzudur.
Əsas məsələ birlikdir
Bizim millətimiz nəfsə gələndə, sadəcə özümüz olanda o qədər vətənpərvər millətdir ki… Sözün düzü bunun heç bir mənası yoxdur. Əgər biz kollektiv şəkildə birlik və bərabərliyi təmin edə bilmiriksə o zaman bu vətənpərvərlik bir şey ifadə etməz. Çünki bizi parçalamaq çox asandır, elə hökmranlıq etmək də.
Çarəsi nədir bilmirəm. Amma onu bilirəm ki, hələ görüləsi çox iş var… Hər nə qədər bizim millətin, xalqın böyük tarixindən və mədəniyyətindən ağızdolusu danışsaq da, düşünürəm ki, bu gün bu mədəniyyət “tək dişi qalmış canavar”a oxşayır… Bu yolda hamımıza uğurlar!
"Yəhudi milləti hubb-u həyat (dünya sevgisi) və dünyapərəstlikdə ifrat etdikləri üçün, hər əsrdə zillət və miskinlik yumruğunu yeməyə müstehaq olmuşlar. Lakin bu Fələstin məsələsində; hubb-u həyat və dünyapərəstlik hissi deyil, bəlkə ənbiya-yı Bəni-İsrailiyyənin (İsrail oğullarından olan peyğəmbərlərin) məzaristanı olan Fələstin, o köhnə peyğəmbərlərin öz milliyyətlərindən olması cəhətiylə, bir cəhətdə bir əhəmiyyətli hiss-i milli və dini olmasından, tez yumruq yemirlər. Yoxsa, böyük Ərəbistanda az bir zümrə heç dözə bilməyəcəkdi, tez miskinliyə girəcəkdi."
Bu yazıda İsrail dövlətinin davamının səbəbini dini və milli hislərdən bəslənməsi olaraq göstərilir. İslam aləminin çarəsizliyi isə iman zəifliyindən və İslama kafi dərəcə sarıla bilməmənin bir nəticəsidir. İslam aləmi səmimi bir şəkildə ittifaq qura bilsə, İsrailin o bölgədə sığınması mümkün ola bilməzdi. Bizim fərdi olaraq edə biləcəklərimiz, təəssüf ki, məhduddur. Müsəlman Fələstinli qardaşlarımıza dua və maliyyə köməkdən başqa əlimizdən bir şey gəlmir. Amma bu şübhəsizdir ki, hər şey incəldiği yerdən, zülm isə qalınlaşdığı yerdən qopar. İsrail həddini aşıb zülmdə çox qalınlaşır.
Həmişə bir problem, müsibət baş verəndə ona sadəcə bir aspektən yanaşırıq. Bəlkə də onu sadəcə zalimin bir zülmü olaraq görürük. Bu sadəcə məsələnin bir tərəfi.... Yəni "Bəşər zülm edər, Qədər ədalət" prensipini unuduruq. Bu müsibətə Rəhman və Rəhim olan Rəbbimizin müsaidə etməsinin hikmətini bəlkə də o anda düşünə bilmirik. ELə isə başımıza gələnlər sadəcə bir Cəzadırmı? Bu cəzayla bərabər bir mükafatımız varmı?
Bütün bu suallarımızın cavabını aşağıdakı hikmətli yazıda tapırıq. Rəbbim hadisələrə Qədər aspektindən baxma qabiliyyətimizi itirtməsin inşallah.
Təkrar biri soruşdu: "Müsibət, cinayətin nəticəsi, mükafatın müqəddiməsidir. Hansı hərəkətiniz ilə qədərə fətva verdirdiniz ki, bu müsibətlə hökm etdi. Müsibət-i amme (Ümuma gələn müsibət) əksəriyyətin səhvinə terettüb edər (səhvindən ortaya çıxar). Hazırda mükafatınız nədir?"
Dedim: "Müqəddiməsi üç mühüm erkan-ı İslamiyedeki (İslamın ərkanlarındakı) laqeydliyimizdir: salat(namaz), savm(oruc), zəkat(zəkat). Çünki, iyirmi dörd saatdan tək bir saatı, beş namaz üçün Xaliq-Təala (Yaradan) bizdən istədi; tənbəllik etdik. Beş il, iyirmi dörd saat təlim, məşəqqət, təhrik ilə, bir cür namaz qıldırdı. Həm, ildə tək bir ay oruc üçün nəfsimizdən istədi; nəfsimizə acıdıq. Kəffarətən (kəffarət olaraq), beş il oruc tutdurdu. "On"dan, və ya "qırx"dan birini, lütf etdiyi maldan zəkat istədi; buhl etdik, zülmətdik; O da bizdən mütərakim (yığılmış) zəkatı aldı.
"Mükafat-ı hazıramız(İndiki mükafatımız) isə; fasiq, günahkar bir millətdən, xumsu (beşdən biri) olan dörd milyonu vəlayət dərəcəsinə çıxardı; qazilik, şahidliklik verdi. Müştərək (ortaq) səhvdən neş'et edən müştərək müsibət, keçmiş günahını sildi."
ISTANBUL (IHA)
Muin Naim...."
İlk söz...
Təbii olaraq yazacağım yazı hal hazırda hər kəsin yaralı yeri və düz sözü olan Fələstindir. Dünən gecə saat 2-5 arasında minlərlə müsəlman qardaşlarımız Azərbaycanda, Türkiyədə və digər ölkələrdə mənəvi bir halğa yaratdı. Hər kəs 50 Kafirun surəsi oxudu və dualar etdi. Allah qəbul etsin! Bir zamanlar Fil hadisəsində Allah öz müqəddəsatını qorumuşdu. O Kabə idi. İnşallah bu dəfə bütün kainatın meyvəsi, yaradılış səbəbi olan insan müqəddəsatını, ordakı məzlum qardaş və bacılarımızı Allahı Rabbül Aləmin qoruyacaq və Allah düşmənlərini darmadağın edəcək!
İsrail yenə Fələstinlilərin "evini başına uçurmağa" davam edir. Bu dəfəki hücumdan xəbərlərə qulaq asanda müsəlmanlığımdan utandım.
http://galeri.internethaber.com/gallery.php?id=2709
Bu dünyaya nə qədər bağlanmışıq? Gözümüz necə cılız şeylərlə yumulub qalıb? 2 aydır un, şəkər, düyü, dərman görməyən fələstinlilərdən xəbərimiz də yoxdu. Sonra da şikayətlənməyə üzümüz var...