Çoxlarının arzusunda olduğu ölkə, Amerika. Hər kəsin ortaq bir səbəbi var: maddi rifah yüksəkdir. Bəli, bu həqiqətən də belədir. Burda avtomobilə sahib olmayan insan nadir halda görərsiniz. Hətta küçə kənarlarında səki belə yoxdur. Təbii ki, çox böyük şəhərlərdə var. Mən Alabama-dan danışıram. Gördüklərim arasından özümə ilkin dərs çıxarmağa çalışdım və ilk mövzum gülümsəmə, təbəssüm mədəniyyəti.
Allah Rəsulu (s.a.v.) "Təbəssüm sədəqədir" deyir. Biz bunu bilirik, ancaq etmirik. Edənlərin haqqına girmiş kimi olmayım, nə demək istədiyimi açıqlayacam. Burdan küçədə gəzən insanları görmək çox çətindir. Demək olar ki, mümkün deyil. Hər kəs ya evindədi, ya işindədi, ya da alış-verişdə. İnsanların olduğu yerə getdiyiniz zaman bir balaca şoka düşə bilərsiniz. Çünki göz-gözə gəldiyiniz insanlar sizə təbəssüm edir və salam verir. Çox maraqlıdı, mən Bakıda mənə baxan bir nəfərə təbəssüm edib salam versəm nəticəsi necə olar. Yəqin ya davam düşər, ya da başıma çanta dəyər.
Amma burda insanların gündəlik, çox normal, təbii yaşayışı budur. Yanından keçən insanlar səndən üzr istəyir, göz gözə gələndə təbəssüm edir, "salam, necəsən?" deyir. Minyeli Abdullah filmində Abdullahın dediyi kimi "Avropa müsəlman mədəniyyətinə sahib olub, müsəlmanlar avropa mədəniyyətinə. Allah Allah, bu necə işdir?"
Bir sözlə təəccüb etməmək əldə deyil. Görəsən bunun kökündə nə durur? Mənim üçün maraqlı olan budu. Bizdə niyə hər kə aqressivdir, burda isə hər kəs çox sakit? Bizdə niyə hamı qaşqabaqdı, burda niyə hamı təbəssüm edir? Kimsə deyə bilər ki, pulları çoxdu. İnanın ki, bizim evlərimiz bu insanların evlərindən çox daha şahşahalıdır. Balaca, bir neçə otaqdan ibarət, bir mərtəbəli, aralarında hasar olmayan, sakit, sadə evlərdə və mühitdə yaşayır bu insanlar. Bizim evlərin qiymətindən daha ucuz, bizim maşınların qiymətindən daha ucuz. Burda insanlar çox zəngin deyil. Mənə görə Azərbaycanda insanlar daha zəngindir. Bəs bu təbəssümün səbəbi nədir? Maraqlıdı...

Bəzən insanın içinə dolur, hiss etdirilir sanki yaşayacaqları..... Zamanın Bədiisi de yazdığı Eddai`sində "Yıxılmış bir məzarım ki başında...." deyə xəbər verirdi O Qədərin ədalətini, bəşərin zülmünü......


Bu günlərdə məchul bir yerdə soyuqlar içində qalan bir iman qardaşımızın da bu şeiri tevafüq etmiş, bu günkü halına tərcuman olmuş.... İnşallah yaşadıqları da kəffarəti olar..... Rəbbimdən haqqında xeyirlisini dua edirəm.

Bir coşqu var içimdə bu gün kıpır-kıpır,
Uzaq, çoz uzaq bir yerləri özlüyorum.
Gözlərim parke-parke daş-divarlarda,
Açılıyor xəyal pəncərələrim.
Xəfif bir rüzgar kimi süzülüyorum,
Kekik qoxulu koyaklardan aşaraq,
Göyərçinlər ölkəsində dolaşıyor,
Bir çeşmə başı arıyorum.
Yarpızlar arasında kəndimi buraxıb
Müşk kimi nanə qoxuları arasında
Ruhumu dincəltmək istiyorum.
Zikrə dalmış hər şey,
Günə gülümsərkən papatyalar
Dualar kimi yüksəlir ümidlərim.
Günəşlə qol-qola kirlarda koşaraq
Siz peyğəmbər çiçəkləri toplarkən,
Mən çeşmə başında uzanmaq istiyorum.
Huzur dolu içimdə
Mən sonsuzluğu düşünüyorum
Ey sonsuzluğun sahibi, sana yetişmək istiyorum.
Durun, qapanmayın, pəncərələrim,
Günəşimi qapatmayın,
Beton çox soyuq, üşüyorum...

M. Yazıcıoğlu


"Ölçü daşı"ndakı bu dəfəki mövzumuz sevməklə əlaqəlidir. Bütün şairlər, bəstəkarlar, şou-biznes sevməkdən bəhs edir. O halda biz niyə etməyək? Ümumiyyətlə sevmək necə olmalıdır? Həqiqi sevgi nədir? Bunun ölçüsü varmı?

Hərşeydə olduğu kimi, SEVGİDƏ DƏ ÖLÇÜLÜ OLMAQ ARZUSU İLƏ....



Qiymətli Qardaşımız;


Mühüm bir sual: Deyirsiniz ki: "Məhəbbət ixtiyari deyil. Həm, fitri ehtiyaca görə, ləzz'tli təamları və meyvələri sevərəm. Ata və ana və övladlarımı sevərəm. Həyat yoldaşımı sevərəm. Dost və tanışlarımı sevərəm. Peyğəmbərləri və vəliləri sevərəm. Həyatımı, gəncliyimi sevərəm. Baharı və gözəl şeyləri və dünyanı sevərəm. Necə bunları sevməyəcəyəm? Necə bütün bu Məhəbbətləri Cənab-ı Haqqın şəxs və sifət və əsmasına verə bilərəm? Bu nə deməkdir?"



BİRİNCİ NÖQTƏ
Məhəbbət əslində ixtiyari deyil. Lakin, ixtiyar ilə, məhəbbətin üzü bir məhbubtan digər bir məhbuba dönə bilər. Məsələn, bir məhbubun çirkinliyini göstərməklə, və yaxud əsl layiq-ı Məhəbbət olan digər bir məhbuba pərdə və ya güzgü olduğunu göstərməklə, məhəbbətin üzü məcazi məhbubtan həqiqi məhbuba çevrilə bilər.



İKİNCİ NÖQTƏ
Dediyin sevdiklərini sevmə demirik. Bəlkə onları Cənab-ı Haqqın hesabına və Onun Məhəbbəti adına sev deyərik.
Məsələn, ləzzətli təamları, gözəl meyvələri, Cənab-ı Haqqın lütfkarlığı və o Rəhman-ı Rəhmin hədiyyəsi cəhətində sevmək, Rəhman və Münüm adlarını sevməkdir; həm mənəvi bir şükrdür. Bu Məhəbbət tək nəfs hesabına olmadığını və Rəhman adına olduğunu göstərən, qanun dairəsində qənaətkaranə qazanmaq və mütəfəkkiranə, mütəşəkkiranə yeməkdir.



Həm ata və ananı şəfqətlə təchiz edən və səni onların mərhəmətli əlləriylə tərbiyə etdirən hikmət və rəhmət hesabına onlara hörmət və Məhəbbət, Cənab-ı Haqqın Məhəbbətinə aiddir. O məhəbbət və hörmət, şəfqət, Allah üçün olduğunun əlaməti budur ki: Onlarqocaldıqları və sənə heç bir faydaları qalmadığı və səni zəhmət və məşəqqətə atdıqları zaman, daha çox məhəbbət və mərhəmət və şəfqət etməkdir.



Həm Həyat yoldaşını, rəhmət-i İlahiyyənin təmiz, lətif bir hədiyyəsi olduğu cəhətiylə sev və məhəbbət et. Lakin tez pozulan hüsn-ü surətinə (xarici gözəlliyinə) məhəbbətini bağlama. Bəlkə qadının ən cazibedar, ən şirin gözəlliyi, qadınlığa məxsus bir lətafət və nəzakət içindəki hüsn-ü siretidir.(daxili gözəlliyidir. Və ən qiymətdar və ən şirin camalı isə, ülvi, ciddi, səmimi, nurani şəfqətidir. Bu camal-i şəfqət və hüsn-ü siret (daxili gözəllik), axır həyata qədər davam edər, çoxlaşar. Və o zəifə, lətifə məxluqun hüquq-u hörməti o Məhəbbətlə mühafizə edilər. Yoxsa, hüsn-ü surətin zəvalı (bitməsi) ilə, ən möhtac olduğu bir zamanda biçarə haqqını itirər.



Xülasə: Dünyanı və ondakı məxluqatı hərfi mənası ilə sev; ad mənası ilə sevmə. "Nə qədər gözəl yaradılmış" de. "Nə qədər gözəldir" dəmə. Və ürəyin daxilinə, başqa məhəbbətlərin girməsinə meydan vermə. Çünki, ürəyin daxili şahid-i Səməddir və Ona məxsusdur.



"Allahım, bizə sevgini və bizi Sənə yaxınlaşdıracaq şeylərin sevgisini nəsib et. " de. Beləcə, bütün saydığımız məhəbbətlər, əgər bu surətlə olsa, həm əzabsız bir ləzzət verər, həm bir cəhətdə zavalsız (sonsuz) bir vüsaldır (qovuşmadır). Həm Məhəbbət-i İlahiyyəni çoxlaşdırar. Həm qanuni bir Məhəbbətdir. Həm eyni-ləzzət bir şükrdür. Həm eyni-məhəbbət bir təfəkkürdür.

Kriz hardan çıxdı?

Bildiyiniz kimi son dövrün ən məşhur, ən qaynar mövzusu kriz, yaxud böhrandır. Elə mən də bunu nəzərə alıb bu mövzuda yazmaq istədim. Ancaq krizin nə olduğu, nə zaman başlayıb nə zaman bitəcəyi, bunun iqtisadi cəhətini deyil elə kriz və ya böhran sözünün özünü yazacam. Sözün düzü bu dəfə hansıdı görəsən? Kriz yoxsa böhran?

Magistr dərslərimizdə də dünyanın hər yerində olduğu kimi krizdən/böhrandan danışırıq arasıra. Maliyyə Menecmenti dərsimizdə də yenə krizdən/böhrandan danışmağa başladıq. Hər kəs bir fikir söylədi, elə mən də. Burda sizinlə də fikrimi paylaşım. İqtisadi olaraq krizin nə olduğunu hamımız bilirik, amma mən məsələyə başqa tərəfdən baxıram. Məncə kriz qlobalizm, terror, armageddon sözlərini çıxaranların işidir. Yəni burda spontan, avtomatik bir prossesdən danışmıram. Konkret olaraq krizi əmələ gətirənlər var məncə. Hal-hazırda bütün dünyada krizdən danışılır. Hətta orta məktəbi tam bitirməyən, canımdan çox sevdiyim nənəmdən də soruşsam KRİZ haqqında bir iki kəlimə deyər. :)

Qayıdıram fikrimə… Mənə görə sözün düzü odur ki, bu krizdə marağı olanlar konkret bu krizi ortaya çıxarıblar. Kriz başlamazdan əvvəl CRYSIS (Kriz) oyunu çıxdı bazara. Məncə bu da bir işarəydi. Rusiya və Gürcüstan müharibəsi, Amerika prezident seçkiləri və s. Bütün önəmli hadisələr bu ərəfədə oldu. Bunlardanmı əmələ gəldi kriz? Məncə bu krizin gələcəyinə dair işarələr idi.

Mən “kriz”i seçirəm…

Yazımın əsas məqsədi isə bu deyil. Məni qıcıqlandıran kriz də deyil. Mən nə edirəm edim, bu kriz davam edəcək. Sadəcə dua və Allahıma ilticadan başqa əlimdən heç nə gəlməz. Məni bu yazını yazmağa vadar edən söz seçimi etməkdir. Ay millət, kriz deyək yoxsa böhran? :)

Bütün gün televizorda, radioda, qəzetlərdə, rəsmi ədəbiyyatda BÖHRAN deyilir. Amma məncə elə kriz desək daha yaxşıdır. Çünki dünya terror deyir. Bunun axtarsaq bizim dildə də qarşılığı var. Amma terror deyirik. Qlobal sözünün də bizim dildə qarşılığı var. Amma hamı, bütün dünya qlobal deyir. Elə kriz də eynilə işlədilir cəmiyyətdə. Bəs niyə böhran? Bir dəfəlik dəyişin bu sözü edək böhran, hamının canı qurtarsın. Onsuz da bir müddət sonra hamı KRİZ deyəcək. Çünki bunu istəyənlər əvvəllər də buna nail olub.

Fikir hardan gəldi?

Marşrutdaydım. Normal yol gedirik təbii ki. Yolda marşrutda bir qrup mənim yaşda amma başqa “vid-fasonda” gənclər mindi. Hiss olunurdu ki, hardasa bir yerdə işləyirlər, işdən çıxıb yol gedirlər. Aralarında söhbət gedir. Nə qədər mədəni gənclərdisə marşrutdu səs-küyləri və “gülüşləri” götürüb. Diqqətimi çəkən bir neçə “ət tökən” zarafat və yazımın başlığı oldu. Biri o birinə “mənə deyərdin mən həll edərdim də. Danışıb başa salardım onu. Niyə başını sallayıb durursan qabağında? Qarabağı da belə verdik getdi də!!!” Bu söz həqiqətən məni elə bil oyatdı. Elə bil yuxudaydım, dərin bir yuxuda, və o an oyandım. Çünki artıq 20-23 yaşı olan bir gənc “Qarabağı artıq verdiyimizi” düşünürdü. Fikirləşirəm ki, bizim millətin hamısı indi belə düşünür. Əslində indi millətin, xalqın arasında gəzib sual versək, araşdırsaq görərik ki, çox az insan Qarabağın geri qayıdacağına inanır və bundan məmnundur. Heç kim, narahat deyil. Sanki elə hər şey belə olmalıymış kimi… Düşünürəm ki, sabah rəsmi olaraq müharibə elan edilsə gedənlərin çoxu marşrutda məcburiyyətdən yer verənlər kimi məcburən savaşmağa gedəcək. Və yaxud, əgər rəsmi olaraq “Qarabağ artıq bizim deyil, rəsmi olaraq Ermənistanın ərazisidir” şüarı səslənsə çox az qrup insan rahatını pozar.

Parçala və hökmranlıq et!

Əsas məsələ odur ki, bu problemin mənbəyi hardadır. Bu xəstəlik kimdən yoluxdu bizə, yaxud “hansı küləkdən soyuq aldıq” ? Hansısa xarici düşmənlərin apardığı mənfur siyasət, düzgün aparılmayan daxili idarəetmə strategiyası, bizim özümüzün mental geriliyimiz? Nədir axı bu? Əgər tarixə baxsaq görərik ki, həmişə burda xanlıqlar, bəyliklər olub. Rayonlar, kəndlər arasında müharibə gedib. İndi bu o qədər kiçilib ki, Azərbaycanda şəxslər arasında müharibə gedir. “Parçala və hökmranlıq et” strategiyasının üzərində işləyənlər burda o qədər asanlıqla nailiyyət qazanıblar ki, artıq metroda iki gənc baxışlarla bir-birini “yeyir”. Adama sual verərlər “malınız ortaq düşüb?”. Sözün düzü, bu problem məndə də var… Bu cəmiyyətin xəstəliyi mənə də yoluxub təbii ki, amma şükrlər olsun ki, o qədər də yox.

İş yoldaşım Mina xanımla, bu yaxınlarda kiçik bir dialoqumuz oldu. Dialoqumuzun bu mövzuya tam uyğunluğunu nəzərə alaraq burda paylaşıram. Sözün düzü, dialoqun Mina xanıma aid olan hissəsini. “Əgər fikir versəz görərsiniz ki, Azərbaycanda komanda oyunları o qədər də inkişaf etməyib. Daha çox fərdlərin apardığı yarışlarda medallar qazanılır, dünyada yer tutulur və s. Amma fubtol, basketbol kimi komanda oyunlarında heç də uğurumuz yoxdur. Bu ondan xəbər verir ki, bizim millətdə eqo böyükdür.” Öncələr yazdığım bir məqalənin də başlığı “Lider bol olarsa basılmaz vətən” idi.. Bu mövzu da hardasa buna yaxın bir mövzudur.

Əsas məsələ birlikdir

Bizim millətimiz nəfsə gələndə, sadəcə özümüz olanda o qədər vətənpərvər millətdir ki… Sözün düzü bunun heç bir mənası yoxdur. Əgər biz kollektiv şəkildə birlik və bərabərliyi təmin edə bilmiriksə o zaman bu vətənpərvərlik bir şey ifadə etməz. Çünki bizi parçalamaq çox asandır, elə hökmranlıq etmək də.

Çarəsi nədir bilmirəm. Amma onu bilirəm ki, hələ görüləsi çox iş var… Hər nə qədər bizim millətin, xalqın böyük tarixindən və mədəniyyətindən ağızdolusu danışsaq da, düşünürəm ki, bu gün bu mədəniyyət “tək dişi qalmış canavar”a oxşayır… Bu yolda hamımıza uğurlar!


"Yəhudi milləti hubb-u həyat (dünya sevgisi) və dünyapərəstlikdə ifrat etdikləri üçün, hər əsrdə zillət və miskinlik yumruğunu yeməyə müstehaq olmuşlar. Lakin bu Fələstin məsələsində; hubb-u həyat və dünyapərəstlik hissi deyil, bəlkə ənbiya-yı Bəni-İsrailiyyənin (İsrail oğullarından olan peyğəmbərlərin) məzaristanı olan Fələstin, o köhnə peyğəmbərlərin öz milliyyətlərindən olması cəhətiylə, bir cəhətdə bir əhəmiyyətli hiss-i milli və dini olmasından, tez yumruq yemirlər. Yoxsa, böyük Ərəbistanda az bir zümrə heç dözə bilməyəcəkdi, tez miskinliyə girəcəkdi."

Bu yazıda İsrail dövlətinin davamının səbəbini dini və milli hislərdən bəslənməsi olaraq göstərilir. İslam aləminin çarəsizliyi isə iman zəifliyindən və İslama kafi dərəcə sarıla bilməmənin bir nəticəsidir. İslam aləmi səmimi bir şəkildə ittifaq qura bilsə, İsrailin o bölgədə sığınması mümkün ola bilməzdi. Bizim fərdi olaraq edə biləcəklərimiz, təəssüf ki, məhduddur. Müsəlman Fələstinli qardaşlarımıza dua və maliyyə köməkdən başqa əlimizdən bir şey gəlmir. Amma bu şübhəsizdir ki, hər şey incəldiği yerdən, zülm isə qalınlaşdığı yerdən qopar. İsrail həddini aşıb zülmdə çox qalınlaşır.

Həmişə bir problem, müsibət baş verəndə ona sadəcə bir aspektən yanaşırıq. Bəlkə də onu sadəcə zalimin bir zülmü olaraq görürük. Bu sadəcə məsələnin bir tərəfi.... Yəni "Bəşər zülm edər, Qədər ədalət" prensipini unuduruq. Bu müsibətə Rəhman və Rəhim olan Rəbbimizin müsaidə etməsinin hikmətini bəlkə də o anda düşünə bilmirik. ELə isə başımıza gələnlər sadəcə bir Cəzadırmı? Bu cəzayla bərabər bir mükafatımız varmı?

Bütün bu suallarımızın cavabını aşağıdakı hikmətli yazıda tapırıq. Rəbbim hadisələrə Qədər aspektindən baxma qabiliyyətimizi itirtməsin inşallah.



Təkrar biri soruşdu: "Müsibət, cinayətin nəticəsi, mükafatın müqəddiməsidir. Hansı hərəkətiniz ilə qədərə fətva verdirdiniz ki, bu müsibətlə hökm etdi. Müsibət-i amme (Ümuma gələn müsibət) əksəriyyətin səhvinə terettüb edər (səhvindən ortaya çıxar). Hazırda mükafatınız nədir?"

Dedim: "Müqəddiməsi üç mühüm erkan-ı İslamiyedeki (İslamın ərkanlarındakı) laqeydliyimizdir: salat(namaz), savm(oruc), zəkat(zəkat). Çünki, iyirmi dörd saatdan tək bir saatı, beş namaz üçün Xaliq-Təala (Yaradan) bizdən istədi; tənbəllik etdik. Beş il, iyirmi dörd saat təlim, məşəqqət, təhrik ilə, bir cür namaz qıldırdı. Həm, ildə tək bir ay oruc üçün nəfsimizdən istədi; nəfsimizə acıdıq. Kəffarətən (kəffarət olaraq), beş il oruc tutdurdu. "On"dan, və ya "qırx"dan birini, lütf etdiyi maldan zəkat istədi; buhl etdik, zülmətdik; O da bizdən mütərakim (yığılmış) zəkatı aldı.
"Mükafat-ı hazıramız(İndiki mükafatımız) isə; fasiq, günahkar bir millətdən, xumsu (beşdən biri) olan dörd milyonu vəlayət dərəcəsinə çıxardı; qazilik, şahidliklik verdi. Müştərək (ortaq) səhvdən neş'et edən müştərək müsibət, keçmiş günahını sildi."

Məktubu olduğu kimi sizə çatdırıram. Fikirlərinizi, paylaşımlarınızı gözləyirik.

ISTANBUL (IHA)
Filistinli İnşaat Muhendisi Muin Naim, internet kanaliyla gonderdigi mektubunda Gazze'de yasanan drami gozler onune serdi. Naim'in Turk halkindan yardim istedigi mektupta su ifadeler yer aldi:
"Bilgisayarimin pilinin son dakikalarini kullaniyorum"
"Gazze'den selamlar gonderiyorum. Ama Allah bilir belki size gonderebilecegim son selam olabilir; cunku bilgisayarimin pilinin son dakikalarini kullaniyorum. Gazze'de elektrik, petrol ve su bitmis durumdadir. Hastanelerde jeneratorlerin son mazot litreleri kullaniliyor, ondan sonra hastanelerdeki elektrikler de kesilecek. O saatten 24 saat icerisinde 400 diyaliz hastasi olume mahkum olacak ve yogun bakimda olan yaklasIk 200 genc ve yaraliyi kaybedecegiz. Bununla birlikte surekli ilac ve elektrik gerektiren ameliyatlar durdurulacak. Bu hepsi degil, Gazze'nin drami daha cok hikaye anlatiyor. Mesela firinlarda ekmek yok, pazarda un yok, ilaclarin cogu bitmis durumda, sinirlar Israil ve Misir tarafindan kapatiliyor.
Boynunuza emanettir ki Turk halkina soyleyin; biz Filistin halki olarak kiyamet gununde ve Allah'in huzurunda hakkimizi helal etmeyecegiz. Biz burada olursek sizin payiniz var bunda; eger her biriniz cikip da elinden geleni yapmazsa. Allah'in huzurunda kardeslik hakkimizi isteyecegiz sizden.
"Kendimi Filistinli bir Turk olarak tanitiyorum"
Ben kendimi Filistinli bir Turk olarak tanitiyorum. O kadar seviyorum ki sizi; onun icin sizden bir sey yapmanizi bekliyorum. Ben Turkiye Cumhuriyeti'nde okumus bir Filistinli insaat muhendisi. Saygilarimla
Muin Naim...."

İlk söz...
Təbii olaraq yazacağım yazı hal hazırda hər kəsin yaralı yeri və düz sözü olan Fələstindir. Dünən gecə saat 2-5 arasında minlərlə müsəlman qardaşlarımız Azərbaycanda, Türkiyədə və digər ölkələrdə mənəvi bir halğa yaratdı. Hər kəs 50 Kafirun surəsi oxudu və dualar etdi. Allah qəbul etsin! Bir zamanlar Fil hadisəsində Allah öz müqəddəsatını qorumuşdu. O Kabə idi. İnşallah bu dəfə bütün kainatın meyvəsi, yaradılış səbəbi olan insan müqəddəsatını, ordakı məzlum qardaş və bacılarımızı Allahı Rabbül Aləmin qoruyacaq və Allah düşmənlərini darmadağın edəcək!



Əsas məsələ...
Görəsən niyə hamı susur? Hər zaman terrora yox deyən ölkələr niyə bu gün səs çıxarmır. Bütün xəbər saytlarında yazılan ortaq bir cümlə diqqətimi çəkdi: "Onların susmasından İsrail cəsarət aldı". Deməli orda şəhid olan qardaş və bacılarımızın qanında o susanlar da ən az İsrail qədər günahkardır! Mən siyasətçi deyiləm, siyasətdən də zəhləm gedir. Çünki siyasət mənə görə insana min cür sifət verir. Xarakteri və tərəfi bəlli olmayan insanların işidir. Mən də bacarmadığım üçün uzağam çox şükür. Amma bir kiçik siyasi dəyərləndirmə etsək: sadəcə statistik məlumatlardan yola çıxaraq görərik ki, həqiqət nədir.

İsrail əməliyyatlara başladığı zamandan bu günə qədər 550 Fələstinli müsəlman şəhid olub. Və bunların əksəriyyəti sivil insanlardır. Sakit, silahsız, müqavimətsiz insanlar. Şəhid olanların arasında qadın və uşaqlar üstünlük təşkil edir. Dünən 3 uşaq qətlə yetirildi. Tankın altında qaldı!!! Dünən qətlə yetirilmiş 21 nəfərin 17-si qadın və uşaqlardır. Bu hansı kitabda yazılıb?

İsrail şərəfsizləri "bütün günah Hamasındır, biz onlar üçün gəldik" deyib bir tərəfdən dinc insanları, uşaqları, qadınları qətlə yetirir. Buna qarşılıq isə açıqlamalarına görə cəmi 1 israilli ölüb və 4 nəfər yaralıdır. Buna qarşılıq Fələstinli müsəlmanların 550-dən çoxu qətlə yetirilib və 2500-dən çox insan yaralıdır. Bunlardan əlavə minlərlə insan evlərindən eşiklərindən zorla çıxarılıb. Bu insanlar məktəblərə və digər yerlərə sığınmaq məcburiyyətində qalıb.

Bunların hamısını oxuduqdan sonra sadəcə bir iki dəqiqə mülahizə etmək yetərlidir ki, həqiqəti anlayasan. Həqiqət hər bir insanın daxilində gizlənmiş bir toxumdur. Onun üçün zəmin yarananda dallanır, budaqlanır. Həqiqət ortadadır!

Sözün nöqtəsi...
Bilmirəm bizim üzərimizə nə düşür. Gedib savaşmaq, dua etmək, ağlamaq, danışmaq, sözün düzünü demək və ya başqa bir şey... Amma bilirəm ən önəmlisi duadır, ki hamımız edə bilərik. Dua edək, əlimizdən gəldiyi qədər çox və səmimi qəlbdən, tam ixlasla ordakı qardaşlarımız və bacılarımız üçün dua edək. Çünki onların yerində biz də ola bilərdik. Allah onları qorusun!

İsrail yenə Fələstinlilərin "evini başına uçurmağa" davam edir. Bu dəfəki hücumdan xəbərlərə qulaq asanda müsəlmanlığımdan utandım.

http://galeri.internethaber.com/gallery.php?id=2709

Bu dünyaya nə qədər bağlanmışıq? Gözümüz necə cılız şeylərlə yumulub qalıb? 2 aydır un, şəkər, düyü, dərman görməyən fələstinlilərdən xəbərimiz də yoxdu. Sonra da şikayətlənməyə üzümüz var...

IMF Başçısı Dominique Strauss-Kahn, iqtisadi krizisin mərkəzi olan ölkələrdə, məşhur daxili üsyanların yaşana biləcəyi xəbərdarlığı etdi. Kahna görə, "Əgər inkişaf etmiş ölkələr, krizisdən xilas olmaq üçün tətbiq etdikləri üsullarda geniş kütlələrin ortaq mənfəətlərini deyil də, elitaların mənfəətlərini əsas götürsələr" bu pis gələcəklə üzləşəcəklər. Bu xəbərdarlıqlar çox əhəmiyyətli. Amerika və Avropa kimi mərkəz iqtisadiyyatları vuran krizisin algılanış forması təəssüf ki, son dərəcə xəstəlikli. Buraxın iqtisadi krizis deməyi, "maliyyə krizisi" ifadəsiylə təyin olunursa bu vəziyyət, alınacaq tədbirlər də məqsədəuyğun olmayacaq. Ortada yalnız bir maliyyə krizisi yox. Yalnız iqtisadi krizis də yox. Eyni zamanda siyasi və ictimai krizislərin işarələri də var. Daha təməldə, Qərb dünyasını böyük bir fəlsəfi çevrilməyə məcbur edən tarixi bir böhran söz mövzusu. Kahnla davam edək: Bir çox ölkədə, ictimai partlamalar yaşana biləcək. Bunlara inkişaf etmiş ölkələr daxil. Əgər maliyyə sistemi yenidən yapılandırılamazsa, şiddətli üsyanlar ortaya çıxabiləcək. Xüsusilə ABŞda bu üsyanlar, vergilərin elitalara getməsi və dolların devalüasiya edilməsiylə hərəkətə keçə biləcək…. Bəziləri beş il sonra ABŞın "inkişaf etməmiş ölkə" kateqoriyasına düşəcəyini, qida üsyanlarının başlayacağını qarşıya qoyur. Onlar; dünyanın bu krizis üzündən çox acı çəkəcəyini amma bütünlüklə iqtisadi çöküş yaşamayacağını, ancaq Amerikanın tam bir iqtisadi Armageddon yaşayacağını iddia edir. ABŞ Mərkəz Bankının qısa müddətli faizləri sıfırlamasının dollar qaçışını sürətləndirəcəyi, önümüzdəki illərdə ABŞda hiper inflyasiyanın başlayacağı kimi ehtimallar bu cür narahatlıqlara qapı aralayır. Neft qiymətlərini 150 dollarlara çıxaran maliyyə sistemi, qida qiymətlərində də bənzər oynamalar etmiş, bir çox ölkədə etiraz nümayişləri başlamışdı. Bu qrupun son oyunu dollar üzərinə oldu. Bir müddət sonra, bu gün təzyiq altında tutduqları qızıl qiymətləri üzərində bənzər bir hərəkət edəcəkləri danışılır. Vəziyyətin maliyyə və ümumi mənada iqtisadi ölçüsü bir şəkildə müzakirə edilir. Amma olabiləcək siyasi nəticələri, gətirib çıxaracağı ictimai gərginliklər üzərinə çox kimsə baş yormur göründüyü kimi. Strauss-Kahn, qida qiymətlərinin sürətlə artdığı bu ilin ilk dövründə də bənzər şərhlər etmiş, yüz milyonlarla insanın aclıqla qarşı-qarşıya qala biləcəyi xəbərdarlığını etmişdi. Krizisə qarşı tədbirlər və krizis sonrasına bağlı yeni iqtisadi quruluş əgər geniş kütlələri təmin edəcək xüsusiyyətdə olmaz, bu günə qədər olduğu kimi, yenə idarəçi elitasını təmin məqsədli olsa,tam o zaman şok dalğaları Avropa və xüsusilə Amerika küçələrini vuracaq. Yaxşı bu ehtimala qarşı nə növ tədbirlər alınır? Əfqanıstan və İraqdan dönən minlərlə əsgər daxili təhlükəsizlik üçün vəzifələndirilir. Yəni "daxili təhlükə"lərə qarşı hazırlanır. Kütlə ixtışaşları və vətəndaş üsyanlara qarşı hazırlanır. Bu hazırlıqla əlaqədar 2006-cı ildə belə məlumat verilmişdi."FEMA (Federal Təcili Rəhbərlik Agenliyi) yenidən təşkil olunur. Həm də nüvə hücum, üsyan və vətəndaş müharibəsinə qarşı. Fövqəladə hal və hərbi vəziyyət qanunları yenidən təyin olunur. Bankçılıq əməliyyatlarından vətəndaşlıq qanunlarına qədər ABŞ fövqəladə şərtlər üçün hazırlıq edir" demiş və "ABŞ nəyə hazırlanır" deyə soruşmuşdum. (İK)Amerikan tarixində ilk dəfə ordu, daxili təhlükəsizlik üçün mövqeləndirilir. Hərbi qüvvələr 24 saat daxili təhlükəyə qarşı vəzifələndirilir. Tətbiq 1 Oktyabrdan etibarən başladı. Ölkə içində mövqeləndiriləək ilk əsgəri vahid, ABŞ Şimal Komandirliyinə (NorthCom) bağlı. Bu birlik nəyə qarşı döyüşəcək? Nüvə hücumuna, vətəndaş müharibəsi və ictimai xaosa qarşı. Kütlələri idarə altına alacaq. Qarşıdurma sonrası üçün lazımlı məsuliyyətləri yerinə yetirəcək. Aylardır bunun manevri edilir… ABŞ belə bir fəlakətlə üzləşərmi? Ümid edirik bu cür inkişaflar olmaz. Ancaq krizisə müdaxilə şəkli, krizis sonrası üçün hazırlıqlarda eyni ədalətsizlik üzərində israr edilməsi, cəmiyyətin ümumisini qurtarma yerinə iqtidar elitalarını, sərmayəni idarə edənləri gücləndirməyə istiqamətli yanaşmalar, daxili üsyan və ictimai narahatlıq ehtimallarını gücləndirir. Hadisəyə yalnız "maliyyə krizisi" olaraq yanaşanlar baxaq bir neçə ay sonra eyni ifadəni istifadə etməyə davam edəcəklər mi? Birlikdə görəsiyəz…

Mənbəə:http://yenisafak.com.tr/Yazarlar/?i=14390&y=IbrahimKaragul

Yaxınlarda bir nəfərdən soruşdum ki, bəs həyatda prioritetləri nədir. Saydı! Elə mən də saydım. Sonra bir şey diqqətimi çəkdi. Bu priotitetlər “sevgili”lərə bağlıdır. Hansı sevgililər?

Sizcə həyatda insan üçün sevgili adlandırılabiləcək nələr var?

Düşünüb bitirmədən bir alt sətirə keçməyin...

Məncə bunlar Allah (tanrı), Pul və Yoldaşdır. Sonuncusu əksərən sevgili deyiləndə ağla gələn mövhumdur – can yoldaşı. Froydu dindirsən “libido”nu da bura əlavə edər. Amma bu yazıda o qalacaq arxa planda.

İndi həyatdakı prioritetlərinizi sıralayanda görün ardıcılıllığı bu sevgililərə qarşı münasibətiniz müəyyən edir ya yox?

Bir şeyi qeyd eliyim ki bu “3 sevgili” mənim şəxsi düşüncəmdir. Buraya elə bayaq da dediyim “libido” və məncə ondan daha üstün olan “eqo”nu aid etmək olar. Məsələn karyeranı həyatının prioriteti elan edənlər çoxdur. Bu əsasən elə “eqo” ilə bağlıdır. Təbii ki, burada pulun da təsiri böyükdür. Amma karyera əsasən “güc” və “şöhrət” fenomenlərinə bağlı olduğu üçün yenə gəlib “eqo”ya çıxır.

O suala cavabımda əsl sevgilinin Allah olduğu nəticəsinə gələn bir şey dedim. Amma cavabımdakı səmimiyətimə özüm də şübhə ilə yanaşdım.

Ortastatistik azərbaycanlı üçün isə unikal bir sevgili mövcuddur. Bu həyat prioritetinə sahib nadir xalqlardanıq – ÖVLAD!

Bir sozlə mən deyim 3, siz deyin 4 vəya 5. Amma insanların həyata baxışını və prioritetlərini “sevgililəri” müəyyən edir. Ona görəndə sevgilini düzgün seçmək lazımdır. Məndə deyəsən o mənada vəziyət yaxşıdır, şükr;)

Bu aşağıdakı yazını Qardaşım Rüstəm müəllimə və müstəqbəl xanımı Aygün xanıma müqəddəs bir yola başlanğıc etmələri münasibətilə ethaf edirəm.
Amma aşağıdakı tövsiyyələrdən istifadə etməmələrini xahiş edirəm.
Rəbbim onları məsud və bəxtiyar etsin.


"Ah" desə nə olduğunu soruşun, israr edin. Cavab verməzsə küsün.


Kiçik səhvlərini böyüdün, 3 gün qədər mövzu, yalnız o səhv olsun, onu yoldaşlarınıza şikayət edin.


Sonra da hıçqıra hıçqıra ağlayın. Hər mübahisədə 10 il ya da gedə bildiyiniz qədər geriyə gedib, köhnə səhvlərini yeni başdan ona xatırladın.


Səhvini xatırlaya bilməsəniz özünə soruşun. Aman, ağlamanı unutmayın. Baxdınız ki müzakirədə haqlı çıxmaq üzrə, tərəddüdsüz düşün huşunu itirin və ayılmadan əvvəl də titrəmə krizisi keçirin.


Siz huşunu itirdiyinizdə sizdən uzaq bir yerə gedib oturdusa, ayılınca, niyə sizinlə maraqlanmadığını bağıraraq soruşun. Hirslənin, onu günahlandırın. Hətta təkrar huşunu itirin.


Birdən haqlı olar isə dərhal köhnə haqsız olduğu hadisələri ona xatırladın ki, haqlı olduğu hadisəni unutsun.


Evə gəldiyində onu qaşqabaqlı qarşılayın.


Onun günahkar olduğu bir mövzunu tapmağı və xatırlatmanı əsla unutmayın.


Hər axşam cib telefonunun ünvan dəftərini yoxlayın. Dəfələrlə eyni nömrələri soruşun, amma şərhləriylə kifayətlənməyin, lazım olsa bir də nömrəyə zəng edin.


İş yerinə tez-tez gedin və oradakı insanlara onu şikayət edin.


Qısqanclıq edin amma bundan xoşu gələrsə əsla qısqanmayın...

Qaynaq:zaman.az

Bu yazını qələmə alma fikri 2-3 gündür beynimdə dolaşır. Çıxış nöqtəsi isə Rəşad Sadıxovun bir saytdakı müsahibəsi oldu. Tanımayanlar üçün deyim ki, Rəşad Azərbaycan millisinin ən istedadlı futboçularındandır, çox gənc yaşda kapitan olacaq qədər liderlik bacarığı var və ən önəmli markası dini həyatıdır.

Müsahibənin bir yerində Rəşad özünün "din adamı" olmasının çox müxtəlif spekulyasiyalara səbə olduğunu deyir. İlk baxışda cümlədə qeyri adi heç nə olmasa da... Dərindən düşünəndə əslində milli mentalitetimizdəki bir qeyri-sağlam nöqtə nəzərə çarpır. Dini incancını yaşamaq istəyənlər niyə bizdə "dindar", "din adamı" ifadələrlə açıqlanır? Eləcə də gündəlik idman təmrinlərini yerinə yetirənlər "idmançı"...

Çünkü, bizim cəmiyətdə fərqli olmaq anlayışı çox daha dardır. Cəmiyətimiz hamını eynitipli olmasını gözləyir. Təbii ki, bunda sovet anlayışının böyük təsiri var. Birinə iş gördürmək yazısında qeyd elədiyim o militarist rejim sovetin qanında var idi. Bu isə ölkənin hər yerinə sirayət edirdi. Dolayısıyla saçdan tutmuş, geyiməcən hamının müəyyən standartlar daxilində olması uyğun görülürdü. Biz də təbii bir hal olaraq o təsiri üzərimizdən atmağa çətinlik çəkirik. Amma təkcə bu mu səbəb? Deyil!

Milli mentalitet deyib baştacı elədiyimiz mövhüm çox böyük təsirə malikdir. Biz firqələşəməyi çox sevirik. İstər "Anamın kitabı"nı xatırlayın, istər yerlipərəstliyin yayılmışlığını düşünün, istərsə də nəsil-kökün bu qədər əhəmiyətli sayılmasının təməlinə enin. Hamısı eyni yerə gedib çıxacaq. Bəs bunun səbəbi nədir? Antropoloq və sosioloqlar bilər.

Girişlə paralel aparası olsaq cəmiyətin fikrincə ortalam bir insan dinə çox yaxın olmayan, idmanı tətbiq yox şou kimi sevən birisidir. Ona görə də sağlam düşüncəli və sağlam bədənli olmaq istəsən ayrı bir firqəyə daxil olursan.

Bayaq bir nəfərlə elə bu məsələyə dəxli olan bir şeydən danışırdıq: insanların kompleksliliyinə görə firqələşməsi. Əslində bu fərqli bir yazı da ola bilər. Ona görə dərinə girməyəcəm. Amma bir onu bilirəm ki, cəmiyətimizə firqələşmə təmayülü nüfuz edib. Firqələrə ayrılamaq üçün faktor tapmağa çətinlik çəkmirik.

Əslində marketoblogdakı yazı ilə də paralel oldu biraz. Çünkü belə görürəm şirkətlərin əziyət çəkməsinə ehtiyac qalmır. Xalqımız özü-özünü seqmentasiya edir...

Evvela onu deyim ki, hazırda oturduğum kompyuterde Azerbaycan şriftleri olmadığına göre bezi Azerbaycan herflerini istifade ede bilmirem. Daha deqiqi "Azerbaycan" sözündeki üçüncü herfi sehv yazıram.

Evde gedib yaza bilerdim, amma üreyim indi istedi. Selim Tuncerin bloguna qoyduğu yazı dünen çox xoşuma gelmişdi. Üreyimden keçeni ela bir şekilde ifade etmişdi.

Amerikan prezident seçimlerinin neticeleri çoxumuz üçün maraqlı idi. Siyasetden başı çıxan, çıxmayan hamı maraqlanırdı. Çoxumuz da sırf Ermeniperest olmadığı üçün McCain-i destekleyirdik. Ancaq, sırf şexsiyyeti, xitab qabiliyyeti ve heç özümüz de bilmediyimiz bir sebebe göre Obamaya da yaxın baxırdıq. Hetta belke de, "Kaş bu Ermeniperest olmayaydı" fikrine benzer düşünceleri de yaşamışdıq.

Bir "qara oğlan" uzun süren mübarizeden sonra prezident olacaq ve biz Amerikada artıq irqçilik, qara derili insanları aşağı tebeqe kimi görme kimi şeylerin olmadığına inanacağıq. Selim bey ela ifade edib bunu, bir yalan var ve biz bu yalana özümüzü inandırırıq.

Men siyasetçi deyilem, siyasi elmler oxumamışam, siyasetle de 3 il olar ki, ancaq işime geldiyi qeder maraqlanıram, yeni ki, çox az. Bu yazı da, siyasi fikir beyanı deyil, ele ağlımdan keçenlerdir.

Sözün düzü ve ya eyrisi: OBAMA-dan mene ne? Mene heçne...Size ne? Siz bilersiniz...

Bu yazını oxuyanlar elə başa düşməsin ki, siyasətlə nə isə əlaqəsi var. Elə bir şey yoxdur. Böyük bir alimin bütün ömrü boyunca dua etdiyi kimi, “əuzu billəhi minəş-şeytani vəs-siyasət”. Yəni şeytandan və siyasətdən Allaha sığınıram! Bloqumuzun əsas məqsədi cəmiyyətimizlə, özümüzlə bağlı həqiqətləri söyləmək, oxucularımızla duyğularımızı paylaşmaq olduğu kimi, bu yazım da sadəcə və sadəcə cəmiyyətimizin kiçik bir qüsurundan böyük yola çıxıb yarı yolda qalmaqdan ibarətdir.
Bu yazını yazmağa necə qərara gəldim? Prezident seçkilərimizdə iştirak edəcək namizədlərin sayından sonra. Amerika, Rusiya, Türkiyə kimi iri həcmli və çox insanlı ölkələrdə, ölkəni idarə etmək üçün namizəd duranların sayına baxdım, sonra bizim kimi sahəcə kiçik olan, insanı az olan Azərbaycanımızın namizədlərinin sayına baxdım... Sözün düzü, öncə yazmaq istəmədim. Dedim, birdən hamı elə bilər ki, siyasətə girmişik. Amma məqsədim sadəcə bizim xalqımızın idarə etmə xəstəliyindən danışmaqdır.
“Xərçəng xəstəliyi görmüşük, vərəm xəstəliyi görmüşük, qrip də görmüşük, əşşi lap ulduz xəstəliyi də görmüşük, bu liderlik xəstəliyi də təzəmi çıxdı?” – deyə sual verə bilərsiniz. Sözün düzü, bu xəstəlik, elə insanın yaradılışından içində var. Amma düşünürəm ki, müasir zamanda bizim millətdə bu yoluxucu xəstəlik halına gəlib. Kiçik bir müəssisədən tut, böyük şirkətə qədər, dövlətdə söz deyən partiyadan tut, ta prezidentliyə qədər hər yerdə insanlar lider olmaq, söz deyən olmaq, qərar verən olmaq istəyirlər. Axı hər kəs son sözü desə, sözün düzünü hardan biləcəyik?
İnsanlar iki cürdür: idarə edən, idarə olunan! Hər kəs idarə olunanı yaxşı, dadlı, cazib görüb, ondan olmaq istəyir. Amma hər idarə olunan uğur qazana bilmədiyi kimi, hər idarə edən də uğur qazana bilməz. Hər idarə olunan öz başına uğur qazanmadığı kimi, hər idarə edən də idarəsində olan insanlar olmadan bir məna ifadə etməz! İdarə olunmağın özünəməxsus cavabdehlikləri, məsuliyyətləri olduğu kimi, idarə etməyin də o qədər insanın haqqını qorumaq, ədalətli olmaq, nəticələrə görə cavab vermək kimi böyük cavabdehliyi var. Bunların hamısını nəzərə alaraq bir düşünək, həqiqətən hər zaman idarə etmək yaxşı mövqedirmi?
Mənim fikrimcə insanın tutduğu mövqe nə olur olsun, həmin nöqtədə öz vəzifələrini bilib, fərqində olub, dəqiq bir şəkildə yerinə yetirməklə, məsuliyyətinin fərqində olmaqla hər zaman uğur qazana bilər. Prezidentin edə bilmədiyi bir şeyi bəzən bir idmançı edə bilər. Bütün dünya xalqlarının gözü qarşısında bayrağımızı qaldıra bilər. Odur ki, millətə, xalqa, vətənə xidmət etmək üçün prezident olmaq şərt deyil. Hər kəs öz sənətində sözünü deməyə çalışsa, sözün düzü gerçəkləşmiş olar.

Niyə bu mövzu? Eqoizm Azərbaycan xalqının ən böyük bəlalarından biridir deyə düşündüyüm üçün. Hər kəs uzun illərdir o qədər “MƏN” üzərinə yetişib ki, yaxın qohumlarından, qardaş-bacısından tut, ən uzaq insanlara qədər heç kimi düşünmür. Bunun nümunəsini, cəmiyyət içində bir neçə saatını, bir neçə gününü, bir neçə ayını keçirən hər kəs görə bilər. Ailələrdən başlamaq surətilə, baxçalarda, məktəblərdə, universitetlərdə, iş yerlərində, küçələrdə, marşrutlarda, avtomobil tıxaclarında və s. Sözün düzü, bu siyahının hamısını yazmağa çalışsam məqalə özü elə bir siyahı olar. Odur ki, əsas məğzə girək.

Təhsilimiz niyə bu haldadır? Cavabların əksəriyyəti belə olacaq: “yetəri qədər büdcə ayrılmır”, “müəllimlərin maaşı azdır” və s. Mən bununla razı deyiləm. Problem: “eqoizm”. Müəllim dərsini deməkdən, şagirdlərə faydalı ola bilməkdən daha çox cibini (özünü) düşünür. Əlbəttə burda mən ümumiləşdirib bütün müəllimləri bu qara siyahıya daxil etmirəm. Amma sözün düzü odur ki, əksəriyyət belədir. O gün gənc bir müəllimlə danışıram. Deyir ki, təyinim çıxmışdı Qubanın hansısa bir kəndinə, orta məktəbə. Maaşı az idi, nə bilim suyu yox idi... Bunların hamısı müəllimlərin, bir müəllim kimi fədakar ruhda yetişmədiyini, eqo üzərinə yetişdiyini göstərir. Müəllim niyə ilk olaraq maaşı düşünsün ki? Deyəcəksiniz ki, bu maaş axı insanın yaşamasının və ehtiyaclarını qarşılamasının əsas mənbəyidir. Qardaşlar və bacılar, mən dünən rayon yerində bir ailə başçısının aylıq 80 manat maaşla mühafizəçi işlədiyini gördüm. Əgər bu insanlar ölmürsə bizə də zaval yoxdur. Vicdanla düşünək...

Tibbimiz niyə bu haldadır? Yəqin yenə cavab maddiyatla bağlı olacaq. Sözün düzü, cavab yenə də “eqoizm”. Həkimlər ciblərini və özlərini düşündüyü üçün. Xəstələrin halı necə olur olsun, “ölən ölsün mənə nə, mən puluma baxaram” dedikləri üçün... Mirzə Ələkbər Sabir çox gözəl deyib bu insanların xəstəliyi ta o zamandan. Bizim millətə hansı zəhərli maddələr nüfuz etdirilbsə, ta o zamandan bu xəstəlik var. Problem dövlət də deyil. Misal üçün, rayonlarda Qəbələdə, Zaqatalada, Balakəndə super tibb mərkəzləri, diaqnostika mərkəzləri inşa edilib. Bunların hamısını dövlət edib. Yaxşı bəs həkimlər ora gəldikdən sonra xəstələrəmi xidmət edəcək, insanlaramı xidmət edəcək yoxsa özlərinə, ciblərinəmi? Yəqin cavabı zaman göstərər.

Yollarda bəzən elə yerlərdə tıxaclar görürsən ki, “görəsən burda tıxaca səbəb olan nədir?” deyə düşünməmək əldə deyil. Və cavabı tapa bilmirsən. Amma cavab çox bəsitdir, “eqoizm”. İki maşın qarşılaşır, saatlarla bəzən bir-birinə siqnal səsini dinlətərək gözləyirlər. Halbuki, biri o birinə bir balaca fədakarlıq etsə, eqonu bir müddətlik kənara qoysalar tıxac olmayacaq, arxada da bu qədər insan gözləməyəcək.

İş yerindən də bir misal verim, bitirim ki, başınızın ağrısı bitsin. Məsələn bizim ofisdə bir nəfər var, həmişə özünə nə isə zərər gəlsə, nə isə onun şəxsi maraqlarına zidd bir vəziyyət olsa, coşur, aşır, daşır özünün vəziyyətini şirkətin ümumi bir halı imiş kimi göstərib “bu böyük problemdir, həll olunmalıdır” deyir. Öz-özümə düşündüm, “görəsən bu adama 1000-2000 manat artıq maaş verilsəydi bu adam yenə də danışardımı?” deyə. Və əlimi vicdanıma qoyub düşünürəm ki, xeyr. Çünki heç bir zaman həmin adam Əfsunun bu problemi var, bunu həll etmək lazım, çünki bu bizim adamdır, bizim işçidir, demədi. Mənim bir şikayətim də yoxdur, həmd olsun. Dünən 80 manatla işləyən dayını görəndə özümə gəldim bir az.

Sözün düzü, eqoizm bəzən xeyrli də ola bilir. Hər zaman mənfi təsirləri yoxdur. Amma insan sosial bir varlıq olaraq yaradıldı. Məqsədinə uyğun olaraq da insanlar arasında fədakarlıqla, başqalarının haqqını və hüquqlarını gözləyərək yaşamalıdır. Hər kəsə faydalı eqo və yerində fədakarlıq arzulayıram.

Dünən Kanaltürkdən maraqlı bir filmə baxırdım. Cuba Gooding Jr.ın baş rolu oynadığı filmin qəhrəmanı işsiz qalmış advokat idi. İllərlə "yaxşı" pul qazanan vəkillərə heyranlıqla yaşayan "qaqaş"ın əlinə bir gün böyük fürsət düşür. "Bir ayağı qəbirdə olan" dedektif yazıçısı son əl işini oxumaq və rəy bildirmək üşün ona gətirir. Ertəsi isə vəfatı xəbəri gəlir. Əlinə döndüyüm ağsaqqalın əsərini dövlətə təslim etmək əvəzinə adına çıxır və "kalan" pul qazanır. Artıq o Amerikanın ən dəyərli dedektif əsər yazarıdır.
Nəysə ki, zamanla hər şeyin göründüyü kimi olmadığını, əslində böyük bir quramada "qurbanlıq keçi" olduğunu anlayır. Polis 5 qətlin təfərrüatının birəbir onun kitabında nə axtardığını araşdırmağa başlayır və qaqaş "xüsusi təhlükəli qatil" statusuna "yüksəlir"...

Bu filmi seyr edərkən yadıma bir zamanlar oxuduğum hekayəcik düşdü. Vaxtilə onu bloqa yazmağa söz vermişdim. Olmasın marketoblog, olsun Sözün düzü...

Bir gün sürüdən ayrılan köhlən bir at, oğluyla tək başına yaşayan və həyatını qazanma dərdində olan kişinin həyətinə gəlir. Qonşular kişini bəxəvərçilikdə "ittiham edərək" deyirlər ki, bəs başına dövlət quşu qonub. Göydən düşmə bu atı istədiyin kimiistifadə edəcək. Kişi deyir ki, bəs "hər şey göründüyü kimi deyil". Bir səbr edin. Sizin 1 hesabınız varsa, Allahın da öz hesabı var". Onlar da deyir yəqin kişi söhbəti fırladır. Nəysə ki, bir gün kişinin biricik oğlu attan yıxılır və ayağını sındırır. Beləcə oğlu iş qabiliyətini, kişi isə yeganə dayağını itirir. Qonşular qocaya üzrxahlıq eləməyə gələndə, aldıqları cavabla şok olurlar: "zahirdə şər görünən bu işdə də xeyir ola bilər". Deyirlər a kişi "başına at təpib nədir". Evi tərk edirlər və öz aralarından da mızıldanırlar ki bəs "bir oğlunun ayağı qırılıb deyir bunda xeyir var".
Bir müddət sonra müharibə elan edilir və kənddəki bütün əli silah tutan kişilər səfərbərliyə cəlb edilir. Həə, onda məlum olur ki oğlunun ayağının qırılması onu müharibədən saxlayır. Yenə gəlirlər üzrxahlığa və "sən deyən oldu"ya. Kişi "yenə tələsirsiz" deyir...

Görəsən hala tələsirik. Zahirdə şər görünən bir çox şeydə xeyir ola biləcəyini niyə unuduruq... ya da bilmirik. Bu məsələ bir tanışımla aramdakı söhbətlərdə mövzu olmuşdu. Necə deyərlər "Mevla görelim neyler, neylerse güzel eyler"...

Hər zaman "klounların" adı çəkiləndə əvvəlinə bir də ŞƏN sözü əlavə edilir. Nəticədə alınır "şən klounlar"... Könül xanım dedi: "kloun üçün nə ehtiyac var şən sözünü deməyə. Heç indiyə kimi qəmgin kloun görən olub?". Elə bu zaman ağlıma gəldi bu mövzuda yazı yazmaq. Yəqin ki, hər kəs kloun görüb. Ən azından televiziyada. Klounların üzlərində olan o bir sıra rənglər və gülüş işarələri onların "şən" olduğunu göstərir. Əslində isə onların da dərdləri var... Onlar da insandı axı.
Sözün düzü, mən nə klounlardan yazmağı fikirləşirəm, nə də aktyorlardan. Əsl məqsədim bizim cəmiyyətdən yazmaqdır. Bizim cəmiyyətimiz də elə böyük "kloun" topluluğuna oxşayır. Hər kəsin üzü gülür, amma içəridə hansı dərdlər, hansı kinlər, hansı qəmlər, hansı göz yaşları yatır kim bilir... Sözün düzü, elə özümü də aid edirəm bu klounlar siyahısına. Mən də klounluq edirəm bəlkə bəzən. Çünki məcbur qalırsan buna. Qarşındakı insana dərdlərini əks etdirib onları da üzmək, dərdləndirmək istəmədiyin üçün bəlkə də... Yaxud da, qarşındakına yaxşı görünmək üçün, xoşuna gəlmək üçün gülürsən. Kim bilir daha nələr üçün gülürük, əslində isə güləcək heç nə yoxdu.
Marşrutda gedərkən insanların üzünə baxmaq kifayətdir. Metroları demirməm hələ. İnsanlar sanki böyük bir vedrə dərd içiblər. Hələ də onun qarın ağrısını yaşayırlar. İki dost görürsən metroda bir-birilə söhbətləşən. İkisi də bir-birinə gülümsəyir. Amma necə dərdləri var kim bilir... O dərdləri içində dəfn edib, dostuna gülmək çox ağır olmalıdır hər halda.
Bütün bu insanların dərdi nədir görəsən? Dünya, mal, mülk, pul, ev, maşın, ailə... Bunların hamısı subyektiv fikirlərə görə dərd hesab olunur. Amma düşünürəm ki, bu klounadanı yekunlaşdırmaq lazımdır. Hər kəs üzündəki rəngləri, işarələri silib içini zahirə verib insanların gözünün içinə sərbəst, azad bir şəkildə baxsa daha yaxşı olmazmı? Məncə "olduğu kimi görünmək, göründüyü kimi də olmaq" lazımdır. Yoxsa hər şey paxla bitkisinin gövdəsi kimi bir-birinə dolaşıb qalacaq.

Azərbaycandan kənarda yaşamaq çətindir. Qürbət, həsrət, darıxmaqlıqlar vs. bir yana. Ən çətini ilin uzun bir dönəmini Azərbaycandan kənarda keçirdikdən sonra geri qayıtmaq və adaptə olmaqdır. 10 ay boyunca söhbət etdiyim bütün dostlarımın “geri qayıtma” çağırışlarının səbəbini təbii ki, “dünyadan anlayışı olan” bir azərbaycanlı kimi bilirdim. Həmişəki söhbətlər... Amma yaşla əlaqədardır mı nədir bilmirəm hər il Azərbaycanın problemləri mənə daha çox agah olur. Bu iki ayda məni ən çox üzən nə toz torpaq, nə YPXların “ərəbzəngiliyi”, nə “işləməyin çətin olması”, nə rüşvət, nə hörmət oldu. Ən çox millətimizin (xalqımızın) getdikcə cılızlaşmasına üzüldüm.
Tarixən Azərbaycan kişisi və Azərbaycan qadının şəxsiyət, mənlik və xüsusiyətləri olub. Eləcə də ümumi götürəndə Azərbaycan xalqının. Azərbaycan kişisi “mərd”, Azərbaycan qadını isə “ismətli” olaraq xarakterizə edilib. Xalq olaraq isə “qonaqpərvər” və “anlayışlı” sayılmışıq. Hazırda heç birindən əsər qalmayıb desəm yeridir. Artıq yerdə qalanlar da istisnadır. Ortalama bir azərbaycanlı gənci cinsi orqanı mərkəzli bir psixologiya ilə yetişir. Qızlar isə onlara 10 dəqiqə xoş söz deyən yoldan keçən oğlanı çox yaxına buraxacaq səviyədə toxunulmazlığını itirib. Halbuki Azərbaycan qızına toxunmaq (sadəcə toxunmaq) oğlan üçün mükafat olmalıydı.
İnsan küçələrdə veyillənən Əhməd YK`lar, Güləndam Özen`ler, Sabit Ortaç`ları görəndə dilxor olmaya bilmir. Dindirsən bu dünyadan 2 dəyərli insan varsa biri özüdü biri də Ya İsmayıl YK, ya da Gökhan Təpə. Halbuki o kumirini bütün nəsil nəcabətindən daha dəyərli görəcək qədər şəxsiyətini itirib.
Dərd çoxdu. Bəzilərinə zarafat kimi gələ bilər amma Bakı şəhərində ailə ilə gəzəcək bir küçə belə tapmaq çətindir artıq.
Adam Bakıda gəzəndə başa düşür ki, bu lazımından çox demokrat və mülayim Respublikanın vətəndaşıdır. Dillənən yuxarıdan, aşağıdan, soldan, sağdan şikayətlənir. Ya “əzilir”, ya “işləməyinə imkan verilmir”, ya “onu başa düşmürlər”. Məsələn, tıxacdan şikayət edir, halbuki 4 cərgəli yolda qarşı tərəfdən gələnlərdən 2 cığır “oğurlayıb” 2 cərgə düzəldən də özüdür. İnsanlar maşınında oturub svetoforda sıranın onlara gəlməsini gözləyərkən “tələsdiyindən” onları ötüb keçir və “cəld tərpənir”. Bakı dünyanın ən böyük zibilxanasıdır. Olacaq da. Bir də görürsən sahil yolu ilə gedirsən – şəhərin ən mərkəzi yeri – Audi A6yla önündə gedən bir “hörmətli day day” əlini çıxardı pəncərədən çölə və “Parlament” qutusunu əzib atdı düz yolun ortasına. Şəhərə bəzək olsun deyə etməyib hərhalda. Sadəcə o insançün maşının salonundan kənarı əhəmiyət daşımıyan bir yerdir. Maşınına isə tozlu ayaqqabıyla oturmaq olmaz yəqin ki. Götürüm elə öz maşınımı. Gün boyu tullantılar ön sağ oturacağın qabağında ayaqaltına yığıram. Maşına oturan ilk şəxs isə onu atır küçənin ortasına. Soruşursan da deyirlər “bu zibilxanaya bax. Adam iyrənir lap”. Elə bil ermənilər vertolyotla töküb.
Bəzən yolda gedəndə “burda tıxac olmamalıdı axı” dediyim yerlər olur. Onda başa düşürəm ki, qabaqda qəza olub və bizim “ATV maqazin xalqımız” yoldan keçərsən bir əyləyib onu seyr etmək istəyinə düşüb. Ona görə də heç bir mahnısı xatırlanmayan Məstixumar Şuşalı, Tükəzban Kürdəxanı Q7`də, GL`də “fırlanır”, TVdən düşmürlər.
Axır vaxtlar isə diqqətimi bir məqam yaman çəkib. Mediamızın “qoyunlaşdırma” işi ilə əməllicə məşğul olduğunu görmək çətin deyil. Son həmlə isə canalıcıdır. Artıq “ulduz olsalar da, xoşbəxt deyillər” deyilən müğənnilər bir bir “xoşbəxt ailə həyatı”na qədəm qoyur. Biri doğur, biri evlənir, o birisi sevgilisi ilə xoşbəxt pozalar verir. Onlara heyran heyran baxan gənclər isə bu tablonu görüb ulduzların yerində olmaq xəyalı qurur.

P.S. vəziyət pisdi. Amma deyirlər hər şey yaxşı olacaq.
P.P.S. Bu əslində Sənanın məşhur “Bacı bağışla...” “yazısına qüvvət” yazısı idi. Amma biraz sərhədləri genişləndirdik. Dərdimiz böyükdür. Deməsək içimizdə partlar. Hələ mən toylardan başlamayım. Gənclərin son zamanlarda rəqsə marağı lap dəli edir. Qohum əqraba baxıb “nə qəşəng oynuyur e canı yanmış” desin deyə dəridən qabıqdan çıxırlar. Azərbaycan rəqslərini sevirəm. Artıq oynamaq insanı çiysidir.

İzləyənlər

Video Post